Qusarda səhiyyə işçiləri üçün inşa olunan istirahət mərkəzi istifadəyə verilib

Dekabrın 26-da Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Qusar rayonu ərazisində inşa etdirdiyi “Şəfa” istirahət mərkəzi tibb işçilərinin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, 2 hektar ərazisi olan istirahət mərkəzinin inşasına 2013-cü ilin iyunundan başlanılıb.

Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək istirahət mərkəzində tibb işçilərinin rahat dincəlmələri üçün bütün imkanların yaradıldığını diqqətə çatdırıb.

Bildirilib ki, Qusar şəhəri, Heydər Əliyev prospektində inşa olunan istirahət mərkəzində qazanxana, su anbarı, konfrans və idman zalı, uşaq meydançası, avtomobil dayanacağı, yeməkxana və digər otaqlar var. Bununla yanaşı, binada idarəetmə otaqları, məşq zalı və VİP nömrələr fəaliyyət göstərəcək.

Üç mərtəbəli 80 yerlik istirahət bazası ilboyu fəaliyyət göstərəcək. Burada, eyni zamanda, uşaqlarla birlikdə 100 nəfərin istirahət etməsi mümkündür. Gələcəkdə mərkəzdə müalicə xidmətlərinin də göstərilməsi nəzərdə tutulub.

Mərkəzə daxil olan binalar müasir işıqlandırma və havalandırma sistemi, lift, sürətli internetlə təmin olunub.

İstirahət mərkəzinin bağında minə yaxın müxtəlif növ ağac əkilib, geniş yaşıllıq zolağı salınıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında