Almaniya vətəndaşı Bakıda açıq ürək əməliyyatı olundu

Almaniya vətəndaşı Holger  Zimmermann Mərkəzi Klinik Xəstəxanaya sinədə göynədici, sıxıcı ağrı şikayətləri ilə müraciət edib.

Xəstə qəbul olunaraq ilkin müayinələr aparılıb, kardioloqlar tərəfindən ürəyin tac damarlarında ciddi darlıqlar aşkarlanıb. Xəstəyə aparılan klinik, laborator və instrumental  müayinələr nəticəsində “Kəskin miokard infarktı, Şəkərli diabet II tip” diaqnozu qoyularaq açıq ürək əməliyyatı - “Aorta-koronar şuntlama” cərrahiyyə əməliyyatı məsləhət görülüb.

Mərkəzi Klinikanın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev və komandası tərəfindən xəstə üzərində 4 damar “Aorta-koronar şuntlama” cərrahiyyə əməliyyatı icra edilib. Cərrahi əməliyyat uğurla başa çatıb. Ürək-damar cərrahiyyəsi intensiv terapiya şöbəsindəki 2 günlük müalicədən sonra xəstə kafi vəziyyətdə stasionar şöbəyə-palataya köçürülüb.

Artıq evə yazılan xəstə özünü çox yaxşı hiss edir və azərbaycanlı həkimlərə onun həyatını xilas etdikləri üçün minnətdarlığını bildirir.

 Onu da  qeyd etmək lazımdır ki, beynəlxalq dərəcəli sığortaya sahib olan alman vətəndaşının Bakıda, Mərkəzi Klinikada uğurlu açıq ürək əməliyyatı olunması ölkəmizdə ürək-damar cərrahiyyəsinin və ümumiyyətlə, səhiyyənin inkişafının ən gözəl göstəricisidir. Artıq öz  vətəndaşlarımızla yanaşı, hətta xarici ölkələrin vətəndaşları və beynəlxalq  sığorta şirkətləri də Azərbaycan səhiyyəsinə və azərbaycanlı həkimlərə öz sağlamlıqlarını əminliklə etibar edirlər.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında