Gəncədə ikinci beynəlxalq onkoloji elmi konfrans keçirilib

Sentyabrın 27-də Gəncədə ikinci beynəlxalq onkoloji elmi konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, dünyanın tanınmış onkoloqlarının qatıldıqları konfransın iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

“Ramada Plaza” otelində keçirilən elmi konfransı giriş sözü ilə açan respublikanın baş onkoloqu Azad Kərimli alimlər, tədqiqatçılar və həkimlər arasında əməkdaşlıq əlaqələrinin qurulması, səhiyyə sahəsində ən son nailiyyətlər ətrafında fikir mübadiləsinin aparılması, eləcə də qazanılan uğurların geniş təbliği baxımından tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.

Elmi konfransda Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyevin “Xərçəng xəstəliyi müalicəsinin gələcəyi” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Professor bu xəstəliklə mübarizənin Azərbaycanda müasir standartlar səviyyəsində aparıldığını diqqətə çatdırıb. Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində inşa olunan və ən müasir tibbi avadanlıqla təchiz olunan Milli Onkologiya Mərkəzində həyata keçirdiyi unikal əməliyyatlardan danışan Əziz Əliyev həmin əməliyyatların videogörüntülərini konfrans iştirakçılarına təqdim edib.

Sonra Milli Onkologiya Mərkəzinin əməkdaşları, şüa terapiyası şöbəsinin müdiri, professor İsa İsayev, mərkəzin radionuklid diaqnostikası şöbəsinin müdiri Fuad Əliyev, uroonkologiya şöbəsinin müdiri Fuad Quliyev, abdominal onkologiya şöbəsinin müdiri Niyazi Əsgərov, Fransa Rekonstruktiv Cərrahiyyə Klinikasının professoru Axel Feller Heithman, Böyük Britaniyanın Bekingem Universitetinin tibb fakültəsinin dekanı, professor Karol Sikora və başqaları xərçəng xəstəliyini törədən səbəblər və ona qarşı aparılması vacib olan müalicə və əməliyyatlarla bağlı çıxışlar ediblər.

Beynəlxalq konfransda Azərbaycanın və Avropanın elm, səhiyyə və tibb sahəsində ən son nailiyyətlərini əhatə edən, həmçinin diaqnostika məsələlərinə, xüsusilə süd vəzi xərçənginin müalicəsinə və irekonstruktiv cərrahiyyəsinə, uşaq onkologiyasına, baş və boyun xərcəngi xəstəliklərinə, uroonkoloji, onkoginekoloji, kolorektal xərçənginə qarşı aparılan müasir müalicə üsulları ətrafında fikir mübadiləsi aparılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında