Ebola virusuna qarşı sınaqlar uğurlu olub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri Qvineyada aparılmış yeni kliniki
sınaqların kifayət qədər uğurlu olduğunu və əksər hallarda ebolaya yoluxmanın qarşısının alındığını xəbər verirlər. ÜST-ün məlumatında alimlərin effektiv ebola vaksininə çox yaxın olduğu vurğulanır.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan Cenevrədə jurnalistlərə verdiyi müsahibədə bildirib ki, alimlər, həkimlər, donorlar, o cümlədən dünyanın aparıcı dərman şirkətləri amansız virusa qarşı daha təsirli və effektiv vaksinin hazırlanmasında yaxından əməkdaşlıq edirlər. “Əgər bu əməkdaşlıq effektiv olarsa, vəziyyət tamamilə dəyişəcək - hazırkı və gələcək ebola epidemiyalarına qarşı mübarizə metodları daha effektli olacaq”, – deyə Marqaret Çan bəyan edib.

Bildirilir ki, vaksinin təkmilləşdirilməsində alimlər "çevrə" adlanan metoddan istifadə ediblər. Afrika kəndində ilk ebola halı qeydə alınan kimi alimlər xəstə adamla təmasda olmuş adamları peyvənd ediblər. Dərhal peyvənd edilən 2014 adamdan heç biri ebolaya yoluxmayıb. Üç həftə sonra peyvənd edilən 2380 adamdan 16 nəfərinə isə sonradan ebola diaqnozu qoyulub.

Qeyd edək ki, ötən ilin əvvəlində Qərbi Afrikada geniş vüsət alan ebola epidemiyası Liberiya, Qvineya və Sierra Leonedə 11 adamın həyatına son qoyub.

Ebola bir çox hallarda ölümlə nəticələnən ciddi infenksiya xəstəliyidir. Virusun müxtəlif ştammlarına yoluxma 50 faizdən 90 faizədək hallarda xəstənin ölümü ilə nəticələnir.

Xatırladaq ki, ebola virusunun ilk yayılma halı 1976-cı ildə Konqo Demokratik Respublikasının Ebola çayı ətrafında qeydə alınıb. Xəstəlik qrip kimi hava vasitəsilə ötürülmür və yoluxma yalnız virus daşıyıcısı ilə bilavasitə yaxın təmasla baş verir.

Elçin ABBASOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında