I Avropa Oyunları zamanı göstərilən tibbi xidmət yüksək qiymətləndirilib

Səhiyyə Nazirliyi Avropa Oyunları tibbi xidmətlər standartlarına uyğun bütün tələb və öhdəlikləri lazımınca yerinə yetirib. Siz, sözün əsl mənasında, vəzifə borcunuzdan da artıq olaraq fədakarlıqla çalışdınız. Təcili və təxirəsalınmaz yardım və hospital servizləri bizim hər bir təklifimizə uyğun olaraq müstəsna xidmətlər göstərdi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə  London Olimpiadası Təşkilat Komitəsi tibbi xidmətlərinin sabiq rəhbəri, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tibbi xidmətlər və dopinqlərə nəzarət departamentinin rəhbəri Pamela Venninqin  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanladığı məktubda qeyd olunur.

Məktubda bildirilir: “Bununla bərabər, Avropa Oyunları qərargahında planlaşdırma və fəaliyyət üzrə bizimlə çiyin-çiyinə çalışan komandanın müstəsna işini qeyd etmək istərdim. Onlar böyük təşəbbüskarlıqla bütün tələblərin öhdəsindən gəldilər və işin müvəffəqiyyətinə əmin olaraq bütün nəzarəti öz üzərlərinə götürdülər. Təlimlərdə onların liderlik xüsusiyyəti, yeni proqramların və prosedurların adaptasiyasında işbirliyi təqdirəlayiqdir. Bu komanda öz növbəsində peşəkar işləri ilə həkimləri, tibb bacılarını və tibb tələbələrini ruhlandırdı və onlara ilham verdi. Ümidvaram ki, bu qəbildən olan müsbət təcrübə ölkənizdə keçiriləcək gələcək böyük beynəlxalq tədbirlər üçün gözəl bir mənbəyə çevriləcək və mən böyük maraqla bunları izləyəcəyəm”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında