Həkimlər gün ərzində maksimum dörd fincan kofe içməyi məsləhət görürlər

Həkimlər bildirirlər ki, gün ərzində hər kəs maksimum dörd fincan kofe içə bilər. Gənclər və hamilə qadınlar üçün isə bu norma iki dəfə azdır.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu zaman mütəxəssislər kofeinin çay və şokoladın, həmçinin bir sıra dərmanların tərkibində olmasını da nəzərə alıblar.

Qida məhsullarının təhlükəsizliyi üzrə Avropa agentliyinin həkimləri onu da bildirirlər ki, normadan çox kofe qəbul edən işanlarda həyəcan yaranır, onlar yuxu və ürək ritminin pozulması, hətta ürək çatışmazlığı ilə üzləşirlər. Hamilə qadınlarda isə bu, uşağın qüsurlu doğulması və düşməsi ilə nəticələnə bilər.

Qlazqo Universitetinin mütəxəssisi Emili Kambet isə bildirir ki, müxtəlif kafelərdə kofe hazırlanarkən kofeinin səviyyəsi də dəyişir. Bu dadlı və faydalı içki bəzən tünd, bəzən də əksinə olur. Bu səbəbdən sifarişdən əvvəl bir fincanda nə qədər kofeinin olması ilə maraqlanmağa dəyər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında