İctimai Səhiyyə və İslahatlar Mərkəzi “Hər günün tütünsüz olsun!” adlı aksiyaya başlayıb

May ayının 31-dən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Hər günün tütünsüz olsun!” adlı aksiyaya başlayıb.

İSİM-dən verilən məlumata görə, aksiya bir il ərzində davam edəcək. Aksiyaya qoşulmaq üçün xüsusi hazırlanmış “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” adlı plakat fonunda çəkilmiş fotoşəkil İSİM-in Facebook səhifəsinə mesajla göndərilməlidir.

Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il 31 may – Beynəlxalq Tütünlə Mübarizə Günü kimi qeyd olunur. Həmin gün gələcək nəsillərin sağlamlıqlarının qorunması məqsədilə dünya ictimaiyyətinin diqqəti tütündən istifadənin təhlükələrinə yönəldilir.

Dünyada hər il təxminən 6 milyon insan tütünçəkmənin yaratdığı xəstəliklərdən dünyasını dəyişir. Ötən əsrdə tütün epidemiyası dünya üzrə 100 milyon insanın həyatına son qoyub. Bunu nəzərə alaraq İSİM bildirir ki, tütünlə mübarizə bir gün yox, hər gün aparılmalıdır. Mərkəz hər kəsi aksiyaya qoşulmağa və tütünlə mübarizədə həmrəy olmağa çağırır.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında