Argentinanın Quilmes Milli Universitetinin rektoru ATU-da

Quilmes Milli Universitetinin rektoru Mario Lozanonun rəhbərliyi ilə Argentinadan gələn nümayəndə heyəti ilə Azərbaycan Tibb Universitetində (ATU) görüş keçirilmişdir. Toplantıda iştirak edən qonaqlara universitet haqqında ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, ATU ölkəmizdə tibb təhsili verən yeganə ali məktəbdir və hazırda universitetdə 7000-dən çox tələbə və rezident təhsil alır. Nümayəndə heyətinə həmçinin bildirilmişdir ki, ATU-da həm də xarici ölkə vətəndaşları olan 1000-dən çox  tələbə təhsil alır.

Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti haqqında səsləndirilən fikirlərdə hazırda bu ali təhsil ocağında 160-dan çox professorun, 320 dosentin, 800-ə yaxın elmlər namizədinin və ümumilikdə 1300 nəfər akademik personalın çalışdığı bildirilmişdir.

Öz növbəsində qonaqlar da Quilmes Milli Universiteti haqqında ətraflı məlumatı görüş iştirakçılarının diqqətinə çatdırmışlar. Görüş zamanı Quilmes Milli Universitetinin rektoru Mario Lozano həmçinin son illər Argentina ilə Qafqaz regionu, xüsusilə Azərbaycan, Gürcüstan və Türkiyə ilə münasibətlərin dərinləşməsinin müşahidə olunduğunu bildirmişdir. Bu baxımdan hər üç ölkə ali təhsil müəssisələri arasında da əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu vurğulamışdır.  Görüşdən sonra Argentina nümayəndə heyəti ATU-nun tədris binaları, klinikaları ilə tanış olmuşlar. Onlar Tibb Universitetində tələbə-rezidentlər, həmçinin əhalinin müayinə və müalicəsi üçün yaradılan şəraitdən, modern texnoloji avadanlıqla təchiz olunmuş klinikalardakı durumdan son dərəcə məmnun qaldıqlarını bildirmişlər.

Tibb Universitetində olan görüşdə rektor Mario Lozano ilə birgə Argentinanın beynəlxalq məsələlər üzrə müşaviri Marselo Tobin, Argentinanın Azərbaycandakı səfirinin müavini Gabriel Jorquera, Argentinanın ölkəmizdəki təhsil müəssisələri üzrə agenti Tutu Yunusova da iştirak etmişdir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında