ATU-nun Onkoloji klinikasında elmi konfrans keçirilmişdir

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən bildirmişlər ki, universitetin Onkoloji klinikasında Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Cəmiyyəti (VANT) tərəfindən təşkil olunan elmi konfrans keçirilmişdir.

Elmi konfransda qonaq qismində Almaniyadan olan elmi tədqiqatçı, bioloq Ford Tasilov iştirak edib. Qeyd etmək lazımdır ki, F.Tasilov ATU-nun keçənilki məzunları Uğur Ağamalıyev və Valeh Rüstəmovla birgə Almaniyada mədəaltı vəzi xərçənginə aid elmi-tədqiqat işi üzərində çalışır. Elmi işləri haqqında konfrans iştirakçılarına məlumat verən Uğur Ağamalıyev bildirmişdir ki, ATU məzunlarının Almaniyada 6 tədqiqatçıdan ibarət elmi-tədqiqat qrupu var. Onlardan bir nəfəri kimyaçı, digərləri isə həkimlərdir. O demişdir: “Qeyd etməliyəm ki, elmi-tədqiqat işimizin əsas maliyyə dəstəyi dövlət tərəfindəndir. Bu işin təşkilatçısı isə Almaniyadakı Azərbaycanlı Həkimlər Cəmiyyətidir. Hazırda 6 elmi tədqiqatçımız var. Bu il daha 3 elmi tədqiqatçının bizə qoşulacağı gözlənilir. Bu tədqiqatçılar istər Azərbaycan Tibb Universitetindən olsun, istərsə də digər xəstəxanalardan seçilsin, fərq etməz. Çünki biz gələcəkdə bu fəaliyyətimizi daha da genişləndirməyi düşünürük. Konfrans iştirakçılarının diqqətinə onu da çatdırmaq istəyirəm ki, ciddi şəkildə belə bir elmi korporasiya yaratmaq planımız var”.  Konfransın sonunda U.Ağamalıyev elmi-tədqiqatlarının əsasən xərçəng xəstəliyi istiqamətində aparıldığını bildirmişdir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında