Qərb bölgəsinin pediatrları Gəncədə

Gəncə Pediatrlar Cəmiyyəti  “Tibbin müasir aspektləri” mövzüsünda elmi-praktik konfrans keçirmişdir. Bu barədə məlumatı Gəncə Şəhər Səhiyyə İdarəsinin mətbuat xidməti yayıb. Verilən məlumata görə, tədbirdə qərb bölgəsinin şəhər və rayonlarından100-ə yaxın həkim- pediatr və terapevt iştirak edib.

Tədbiri giriş sözü ilə Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi, tibb elmləri doktoru, professor Əlikram Məmmədov açmışdır. Qeyd etmişdir ki, bu gün Azərbaycanda səhiyyənin inkişafı, insanlarımızın sağlamlığına göstərilən diqqət və qayğı ölkə başçısı cənab İlham Əliyevin gərgin zəhmətinin nəticəsidir. Belə vacib və təbabətin aktual problemlərinin həllinə həsr olunmuş elmi-praktik konfransın Gəncədə təşkilində göstərdiyi dəstəyə görə Gəncə Şəhər  İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlığını bildirən professor Ə.Məmmədov qonaqlara və konfrans iştirakçilarına müvəffəqiyyətlər arzulamışdır.

Şəhərin  “Ramada Plaza” otelində  təşkil olunan konfransda Azərbaycan Tibb Universitetinin uşaq xəstəliklərinin proredevtikası kafedrasının müdiri, tibb elmləri doktoru, professor İbrahim İsayev və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu, tibb elmləri namizədi Rafiq Yusifli çıxışlar etmişlər. Professor İbrahim İsayev “Kəskin revmatik qızdırma:klinika, diaqnostika, müalicəsinə dair müasir yanaşmalar” mövzusunda mühazirə ilə çıxış etikdən sonra yerli həkimlərin suallarını cavablandırmışdır. Tibb elmləri namizədi Rafiq Yusifli isə “Xroniki ürək çatışmazlığı və arterial hipertoniyanın müalicəsində aldosteron antaqonistlərin istifadəsinə müasir baxış” mövzusunda mühazirə söylədikdən sonra birgə fikir mübadiləsi aparılmışdır.

Sonra Gəncə Pediatorlar Cəmiyyətinin sədri Asif Məmmədov “Respirator distress sindrom” mövzusunda çıxış etmiş və ümumi diskussiya aparılmışdır.

Tədbirin sonunda professor Əlikram Məmmədov konfransın təşkilində göstərdiyi dəstəyə görə WORLD MEDICINE şirkətinin rəhbərliyinə, professor İbrahim İsayevə və tibb elmləri namizədi Rafiq Yusifliyə minnətdarlığını bidirmiş və belə tədbirlərin davamlı olacağına ümid etdiyini söyləmişdir

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında