Azərbaycan Tibb Universitetinin neyrocərrahları Gəncədə müayinə aparıblar

Azərbaycan Tibb Universitetinin aparıcı neyrocərrahlarından ibarət həkim briqadası Gəncədə vətəndaşların tibbi müayinəsini həyata keçirib.

Bu barədə Gəncə Şəhər Səhiyyə İdarəsinin mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib. Qeyd edib ki, Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə kafedrasının müdiri, tibb elmləri doktoru, Əməkdar həkim Sabir Elbruslunun rəhbərlik etdiyi həkim briqadasına 5 neyrocərrah, bir neyrotravmatoloq, bir neyroanastezioloq daxil idi. Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında təşkil olunan müayinələrdə Bakıdan gəlmiş həkimlər yerli həmkarları ilə 3 qrupa bölünərək vətəndaşların tibbi müayinəsini aparıblar.

Şəhər səhiyyə idarəsinin rəisi, professor Əlikram Məmmədovun bildirdiyinə görə bu tibbi müayinələr Prezident  İlham Əliyevin fevralın 2-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq çərçivəsində reallaşıb. O deyib:

– Biz Azərbaycan Tibb Universitetinin rəhbərliyindən aparıcı neyrocərrahların Gəncəyə gəlməsini və müayinələr aparılmasında yardımçı olmalarını xahiş etdik. Minnətdarıq ki, təklifimizi qəbul edib gəldilər. Ümumilikdə 100-ə yaxın sakin müayinədən keçdi. Neyrocərrahlar onlardan bəzilərinə kompüter tomoqrafiyaya göndəriş yazdılar. Xəstələrdən 10-a yaxını isə təkrar müayinə və cərrahi əməliyyat üçün  Bakıya göndərildi. Belə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

 İdarə rəisi onu da əlavə etdi ki, tərtib olunmuş qrafikə müvafiq olaraq 18 yaşdan yuxarı şəhər  əhalisindən bu günədək  23 537 nəfəri  müayinələrə cəlb olunmuşdur. Bu müddətdə icbari dispanserizasiyadan keçirilən vətəndaşlardan 1835 nəfərində xəstəlik aşkar olunmuş,  2539 nəfərə ambulator müalicə təyin edilmiş, 377 nəfər dərinləşmiş müayinə və ixtisaslaşmış müalicə ücün stasionarlara, 36 nəfər isə Bakı şəhərinə  göndərilmişdir

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında