“Sağlamlıq aylığı”na start verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması ilə bağlı verdiyi tapşırığa əsasən, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizdə “Sağlamlıq aylığı” adlı aksiyaya start verilmişdir.

Hazırda bütün ölkədə olduğu kimi, paytaxtın Nərimanov rayonunda da bu istiqamətdə konkret tədbirlər həyata keçirilir, sakinlər mütəşəkkil şəkildə tibbi müayinələrə cəlb edilir. Dünən rayonda yerləşən 8 nömrəli şəhər poliklinikasında əhalinin tibbi müayinəsi keçirildi.

Aksiyada iştirak edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova müayinələrin aparılmasının əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət etdiyini qeyd edərək Nərimanov rayonunda yerləşən bütün səhiyyə müəssisələrinin müayinələrin aparılmasına tam hazır vəziyyətdə olduğunu diqqətə çatdırdı. Bütün bunların Prezident İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu  vurğulayan İ. Mahmudova dedi ki, rayon icra hakimiyyətinin qarşısında duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq sakinlərin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir. Qeyd olundu ki, fevralın 2-dən etibarən Nərimanov rayonu üzrə 3 min 917 nəfərin müayinələrdən keçməsi təmin olunmuş, 477 nəfərə ambulator, 20 nəfərə isə stasionar müalicə təyin edilmişdir.

8 nömrəli şəhər poliklinikasının baş həkimi Tamilla Kərimova bildirdi ki, bu səhiyyə ocağı 60 min nəfər rayon sakininə və 10 min nəfər məcburu köçkünə xidmət göstərir. Aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü diqqətə çatdıran baş həkimin dediyinə görə, vətəndaşlara yüksək tibbi xidmət göstərmək üçün poliklinikanın 120 nəfər həkim və 100-dən artıq orta ixtisaslı tibb işçisi tam səfərbər olunub. Xəstəliklərin ilkin dövrdə aşkar olunmasının, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən tədbirlərin sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb etdiyini vurğulayan T. Kərimova bildirdi ki, ötən beş gün ərzində burada 2 min nəfər tibbi müayinədən keçmiş, 500 nəfərdə müxtəlif xəstəliklər aşkar edilmişdir. 

Aksiyada müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirdilər.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında