İsveç alimləri yeniyetmələr arasında intiharların sayının azaldılmasının yeni üsulunu tapıblar

İsveç alimləri yeniyetmələr arasında intiharların sayının azaldılmasının yeni üsulunu tapıblar.

Yeniyetmələr arasında intihar cəhdlərini 50 faizədək azaltmaq olar. Bu nəticəyə alimlər intiharın profilaktikasının üç üsulunu araşdırdıqdan sonra gəliblər. Eksperiment İsveçin Karolin İnstitutunun alimləri tərəfindən Avropa İttifaqının 10 ölkəsinin 170 məktəbinin 11000 məktəblisi arasında aparılıb.

Başlanğıc üçün intiharların profilaktikasının üç müxtəlif üsulu öyrənilib. Bunlardan ən təsirlisi Awareness üsulu olub. Həmin üsula uyğun olaraq məktəblilərə özlərində və dostlarında psixi pozulmalarını müəyyən etmək, eləcə də şagirdlərə düşdükləri çətin vəziyyətləri başa düşmək bacarığı və onların öhdəsindən gəlmək öyrədilir. Belə yanaşma yolu ilə yeniyetmələrin müxtəlif xarakterli problemlərlə qarşılaşmalarını öncədən görmək olur.

Bu eksperimentdən bir il sonra Awareness üsulunun tətbiq edildiyi qrupda intihar cəhdləri və bu mövzuya dair ciddi düşüncələr nəzarət qrupuna daxil olan məktəblilərin yalnız yarısını əhatə edib.

Qeyd edək ki, böyük məsuliyyətin müəllimlərin və tibbi heyətin üzərinə düşdüyü digər iki üsul belə effekt verməyib.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında