Gəncədə gənc həkimlərlə görüş

“Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar və eləcə də tibb sahəsində mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur.

Siz gənc həkimlər də Azərbaycanın gələcəyisiniz, cəmiyyətimizin inkişafında və modernləşməsində əsas rol oynaya biləcək bir qüvvəsiniz. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. Mən də sizin bilik və bacarığınıza, qabiliyyətinizə, enerjinizə arxalanıram və ümid edirəm ki, birlikdə Gəncə səhiyyəsinə yeni nəfəs, yeni ruh gətirə biləcəyik”. – Bu sözləri Gəncə Səhiyyə İdarəsinın rəisi, professor Əlikram Məmmədov gənc həkimlərlə görüşdə söyləyib. Qeyd edib ki, bu gün Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, modernləşmə strategiyasının təməl sütünları deməkdir.

Professor Ə.Məmmədov çıxışında gənc həkimlərın irəliyə getməsi, müasir tibbin yeniliklərinə yiyələnə bilməsi üçün onlara bütün lazımi şəraitin yaradılacağına söz verib: “Ömrünü, həyatını insanların sağlamlığının qorunmasına həsr edən gənc həkim üçün lazımi şərait yaradılmalıdır. Bildiyiniz kimi, ölkə başçısının təsdiq etdiyi regionların sosial-iqtisadi inkişaf proqramı çərçıvəsində şəhərlərdə, rayonlarda, hətta ucqar kənd və qəsəbələrdə də tibb ocaqları təmir olunur, müasir avadanlıqlarla təmin edilir. Burada çalışmaq istəyən həkimlərin,  xüsusilə, gənc mütəxəssislərin bilik və bacarıqları çox yüksək səviyyədə olmalıdır. Biz də Gəncədə siz gənc həkimlərin peşəkar kimi yetışməyiniz üçün istənilən şəraiti yaratmağa hazırıq”.

Professor Əlikram Məmmədov gənc həkimlərə həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda yüksək ixtisas kursları keçmək üçün  lazımi şərait yaradılacağını bildirdi. Əlavə etdi ki, Gəncənin özündə də çox peşəkar, təcrübəli həkimlərimiz var. Siz gənc həkimlər onların bilik və bacarıqlarından da yararlana bilərsiniz. Bundan əlavə, Bakıdan, xarici ölkələrdən də peşəkar həkimləri Gəncəyə dəvət etməyi planlaşdırırıq. 

 Professor Ə.Məmmədov sonda həkimlərin fikir və təkliflərini dinlədi, onların qarşılaşdığı problemləri və çətinlikləri müzakirə etdi.

  Görüşdə söz alan gənc cərrah, Gəncə Təcili Tibbi Yardım Xəstəxanasının 2-ci cərrahiyyə şöbəsinin müdiri Qafar İbrahimov gənc həkimlərə bu cür diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, müasir avadanlıqlarla təchiz olunmuş müəssisələrə peşəkar və beynəlxalq təcrübə keçmiş gənc həkimlər lazımdır. Dünya səhiyyəsi hər gün inkişaf edir, yenilənir, müasirləşir. Bu gün biz gənc həkimlərin də bu yeniliklərə yiyələnməyimiz üçün beynəlxalq təcrübəyə ehtiyacımız var.  Şübhəsiz, gənc həkimlərin xaricdə keçəcəyi təcrübənin səhiyyəmizin inkişafına çox müsbət təsiri olacaq.

Gəncə Səhiyyə İdarəsində təşkil olunmuş görüşdə 100-dək gənc həkim iştirak etmişdir.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında