“Gülüstan”a gəl, şəfa tap

Gülüstan Gəncənin iri yaşayış sahələrindən biridir. Son illər buradakı yaşayış və inzibati binalar, park və xiyabanlar, yollar yeni görkəm alıb, infrastruktur xeyli dəyişib. Hazırda bu iş davam etdirilr.

Təbii ki, yeni sosial obyektlər də tikilib istifadəyə verilir, mövcud məktəb, səhiyyə ocaqları əsaslı şəkildə yenidən qurulur. Belə sosial obyektlərdən biri də bu yaxınlarda burada açılmış “Gülüstan” sağlamlıq mərkəzidir. Bəri başdan deyək ki, mərkəz bu qısa vaxt ərzində diqqəti cəlb edib, tanınıb və ora müraciət edənlərin sayı da hər gün artır. Hiss olunur ki, Gəncədə belə bir mərkəzin açılmasına çoxdan ehtiyac varmış...

Məlum olduğu kimi, fəqərəarası yırtıq, protuziya insan orqanizminə bəzən dözülməz ağrılar verən, bir çox hallarda onun iş qabiliyyətini pozan, hətta şikəst edən çox yayılmış xəstəliklərdən biridir. Yalnız vaxtında həkimə müraciət olunması xəstəni ağır vəziyyətdən qurtara bilər və cərrahiyyə əməliyyatına ehtiyac da qalmaz. Bax, “Gülüstan” sağlamlıq mərkəzi məhz bu işin öhdəsindən bacarıqla gəlir. Sağlam həyata qayıtmaq üçün burada hər bir şərait, təcrübəli və bacarıqlı həkim heyəti var.Təkcə qeyd etdiyimiz xəstəlik deyil, həmçinin ostexondroz, osteofitin, oynaq ağrıları, somatik və vegatativ sinir patologiyası, arterial və venoz patologiyası, sümük sınığı və sinir travmasının bərpası, eləcə də digər bir sıra xəstəliklər burada müalicə olunur.

İlk dəfə mərkəzə müraciət etmiş 28 yaşlı Əfsanə Quliyevanın müayinə göstəriciləri ilə tanış oluruq.Onurğa sütununun bel-oma nahiyyəsinin MR görüntüsündən məlum olur ki, disklərdən birində spinal kanala 9 millimetr daxil olaraq dural kisəni və sol sinir kökcüyünü sıxan paramedian yırtıq və fəqərə cismi səviyyəsində spinal kanalda 10 millimetr ölçüdə sekvestrə olunmuş disk fraqmenti mövcuddur. Bir il sonra N.Tusi adına klinikada eyni müayinə aparılarkən yuxarıda göstərilən halların heç birinin qalmaması qeyd olunub.

Bəs necə olur ki, çox ciddi bir xəstəlik qısa zamanda aradan qaldırılır? Bu suala mərkəzin rəhbəri Könül Ağayev belə cavab verdi:

- Ən başlıca şərt həkimə vaxtında müraciət etməkdir. Təbii ki, bunu etməyən şəxs sonradan çox böyük çətinliklərlə, problemlə üzbəüz qalır. Başqa bir vacib şərt xəstənin iradəsi, ona təklif olunan müalicə metodlarından düzgün və vaxtlı-vaxtında istifadə etməsidir. Bəzən “fəqərəmdə yırtıq var, gərək əməliyyat olunam” fikrində olanlara demək istəyirəm ki, tələsməsinlər. Hər yırtıq hələ əməliyyat olunmaq demək deyil.

Qeyd edək ki, K.Ağayev ixtisasca həkim-nevropotoloqdur, 30 ildən artıqdır ki, bu sahənin təcrübəli mütəxəssislərindən biridir. Elə çoxları məhz Könül həkimi uzun illər tanıdıqları, etibar etdikləri üçün bura gəlirlər. Burada isə nələr yoxdur?! Ən müasir tibb avadanlıqları və cihazlar, müxtəlif masajlar, müalicəvi gimnastika, qanın ozon və lazerlə viruslardan, mikroblardan təmizlənməsi, zərbə-dalğa müalicəsi, apiterapiya, biopunktura, refleksoterapiya və sair. Hamısını sadalamaq da mümkün deyil.

Mərkəzdə otaqların sayı çoxdur. Xəstələr üçün hər cür şərait yaradılıb. Geniş müalicəvi gimnastika otağında müxtəlif müasir idman avadanlığı vardır ki, bu da xəstələrə həkimlər tərəfindən təyin edilmiş hərəkətlərin yerinə yetirilməsinə imkan yaradır. Bağırsağın ozonlaşdırılmış su və bitkilərlə avtomatlaşdırılmış yuyulması, immun sisteminin aktivləşdirilməsi, orqanizmin şlaklardan, toksiki qalıqlardan təmizlənməsi də xüsusi aparatın köməyi ilə aparılır. Zərbə-dalğa terapiya, ayaqaltı elektrostimulyator, presterapiya və sair onlarla müxtəlif tibb aparatları və qurğularının köməyi və təcrübəli həkimlərin müdaxiləsi, qayğısı ilə xəstələr qısa vaxt ərzində öz sağlamlıqlarını bərpa edə bilirlər.

...Ayaqlarını yaxınlarının köməyi ilə qapının astanasından güclə içəri sürüyən 75-80 yaşlarında bir qadını görüb qeyri ixtiyari Könül həkimə baxdım. Nə demək istədiyimi başa düşərək gülümsədi:

-15-20 gündən sonra gəlib baxın, görün bu anamızın ayaqları həmin astananı necə adlayır...

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında