Aydın ƏLİYEV: Azərbaycan “Ebola” virusu ilə əlaqədar sərhəddə vəziyyəti nəzarət altında saxlayır

Azərbaycan sərhədində “Ebola” virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət nəzarət altındadır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Komitə sədri qeyd etmişdir ki, Səhiyyə Nazirliyindən alınan təlimata uyğun olaraq, vəziyyəti nəzarət altında saxlamaq üçün sərhəddə DGK-nın həkim əməkdaşları çalışırlar.

Gömrük Komitəsinin əməkdaşları öz işlərini yüksək səviyyədə yerinə yetirirlər və təlimata uyğun olaraq, sərhədi keçən əcnəbi vətəndaşlar barədə Səhiyyə Nazirliyinə məlumat verilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “Ebola” virusunun qurbanlarının ümumi sayı 1420 nəfərdir. Onların arasında xəstəliklə mübarizəyə kömək edən 120 tibb işçisi də var. Bu xəstəliyə ilk yoluxma halı fevral ayında Qərbi Afrikada qeydə alınıb. ÜST-nin qeyd etdiyi kimi, virusa yoluxanların sayı 2600 nəfəri ötür. Xəstəliyə yoluxma halları Liberiyada, Syerra-Leonedə, Qvineyada, Nigeriyada və Konqo Demokratik Respublikasında müəyyən edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında