Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalı  daha bir yeniliyə imza atıb. Hospitalın Urologiya şöbəsində prostat vəzin xoşxassəli hiperplaziyaları zamanı respublikada ilk dəfə olaraq  “TuliumLazer”lə prostatektomiya  əməliyyatlarına başlanıb.

Tibbin ən son texnalogiyaları içərisində yer alan  “Tulium  Lazer”  cihazı bu xəstəlikdən əziyyət çəkənlərin minimal fəsad riski ilə qansız və kəsiksiz müalicə olunmasına imkan verir.

Bu cihaz vasitəsilə prostat vəzinin adenomasını, yəni böyümüş toxumanı buxarlandıraraq xaric olunması aparılır və bu əməliyyat dövrünün qısa olması, qan itkisinin olmaması ilə seçilir. Əməliyyat qansız aparıldığına görə xəstə qan itirmir.

“Tulium Lazer” aparatı ölkəmizə İtaliyadan gətirilib və hospitalın mütəxəssislərinə  yeni üsulun tətbiqi üçün xaricdə xüsusi  treninqlər keçirilib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında