Lənkəranda narkoloji xəstəxana istifadəyə verilmişdir

 

 

 

 

Yeni tikilmiş rayonlararası narkoloji xəstəxananın açılış mərasimi Lənkəranda təntənəli şəkildə keçib.

Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov son illər ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, dinamik inkişafdan, xüsusilə səhiyyə sistemində qazanılan uğurlardan ətraflı danışıb. Yeni səhiyyə müəssisəsinin açılmasını sağlam vətəndaş cəmiyyəti quruculuğu prosesində irəliyə doğru atılmış daha bir addım kimi dəyərləndirib.

Mərasimdə səhiyyə nazirinin müavini Elsevər Ağayev və Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev də çıxış edərək yeni səhiyyə ocağının əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyəti olacağını bildirib, müəssisənin tibb heyətinə uğurlar arzulayıblar.

Sonra mərasim iştirakçıları xəstəxanaya baxış keçirdilər, burada yaradılan şəraitlə tanış olublar.

İki mərtəbədən ibarət olan xəstəxanada Lənkəran, Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı və Biləsuvar rayonlarından olan narkotik, alkoqolik və toksik maddə aludəçilərinin müalicəsi və reablitasiyası aparılacaq. Birinci mərtəbədə həkim və feldşer otaqları ilə yanaşı, müayinə və dərman, təsərrüfat otaqları, mətbəx və yeməkxana yerləşir. İkinci mərtəbədə isə stasionar müalicə üçün nəzərdə tutulmuş 18 çarpayılıq 5 palata mövcuddur. Bundan başqa xəstəxananın həyətində istixana, mühafizə otağı, yanacaq çəni və transformator məntəqəsi kimi yardımçı tikililər inşa edilib.

Müalicə ocağının tikintisini Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi aparmışdır. Xəstəxana həmçinin birliyin hesabına ən müasir tibbi və məişət inventarları ilə təmin olunmuşdur. “ Xərclənən vəsait Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Narkotiklərə yox deyək” adlı xeyriyyə konserti zamanı telemarafondan əldə olunan maliyyə gəliri hesabına təmin etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında