Şəkidə əhalinin tibbi müayinəsi davam edir

 

Azərbaycan Prezidentinin tapşırığına əsasən, fevral ayının 17-dən etibarən ölkənin hər yerində 18 yaşdan yuxarı əhalinin tibbi müayinəyə cəlb olunması prosesi başlayıb. İnsanların bəzən öz sağlamlığına biganə qalmasını nəzərə alan dövlətimiz vətəndaşların pulsuz müayinəsi üçün ciddi tədbirlər görür. Bu məqsədlə lazımi şərait yaradılmış, Səhiyyə Nazirliyi zəruri tədbirlər görmüşdür.

 Şəkidə tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılmış, cədvəl tərtib edilmişdir. Fevral ayının 15-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın bu məsələyə həsr olunmuş geniş iclası keçirilmişdir. Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılır. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada fəal iştirak edir, mütəşəkkillik göstərir. İndiyədək 19 mindən artıq sakin tibbi müayinədən keçmişdir.

Mərkəzi xəstəxananın baş həkimi Məcid Əliyev bildirdi ki, şəkililər dövlət başçısının  bu xeyirxah təşəbbüsünü ürəkdən alqışlayırlar. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov bu xeyirxah aksiyanın gedişini daim diqqət mərkəzində saxlayır. Hər iş gününün sonunda ona ətraflı məlumat verilir.

Görüşdüyümüz şəkililər də onlara göstərilən bu diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər. Şəki sakini Arif Səmədov  dedi ki, bu xeyirxahlıq Prezident İlham Əliyevin məşhur sözlərini yada salır: “Mən hər bir azərbaycanlının prezidentiyəm”. Biz bu gün bunu əyani şəkildə görürük.

Həmin gün tibbi müayinədən keçməyə gələn hər bir şəkilidən məhz bu sözləri eşitdik: “Görürsünüzmü, biz keçən il Prezident seçkilərində səsimizi İlham Əliyevə verməkdə bir daha düzgün hərəkət etmişik”.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında