Mingəçevir şəhərində əhalinin kütləvi tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir

 

 

Kardioloq, terapevt, nevropotoloq, ginekoloq, oftolmoloq, stomotoloq, ultrasəs müayinəsi, rentgen həkimlərindən ibarət briqadalar əhali arasında izahat işləri aparmaqla yanaşı, həm də onların sağlıq durumlarını yoxlayır, tövsiyələrini verirlər. Energetiklər qəsəbəsində, tələbə poliklinikasında və şəhər poliklinikasında fəaliyyət göstərən məntəqələr ən müasir tibbi avadanlıqlarla təmin olunub. İlk 3 günün nəticələrinə görə ancaq 3 sakinin stasionar şəraitdə müalicə almaları məsləhət görülüb. Mingəçevir Şəhər  Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyevin verdiyi məlumata görə, 3 gün ərzində artıq 2000-ə yaxın əhali tibbi müayinədən keçib.

Şəhər icra hakimiyyətinin əməkdaşları da bu humanitar aksiyanın yüksək səviyyədə aparılması üçün qüvvələrini səfərbər ediblər. Yerli mətbuatda və televiziyada kütləvi tibbi müayinənin vacibliyi ilə bağlı izahat işləri və söhbətlər aparılır.

Qeyd edək ki, bu humanitar tədbirin lazımı səviyyədə təşkili əhali tərəfindən razılıqla qarşılanır. Şəhər sakini Şəfa Hüseynova, Ələm Məmmədov və digərləri dedilər ki, Prezidentimizin əhaliyə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığımızı bildiririk.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında