Gəncədə profilaktik müayinələrə başlanılıb

 

 

Gəncə  şəhərində ölkə başçısının tapşırığına əsasən fevral ayının 17-dən  may  ayının 1-dək keçiriləcək əhalinin tibbi müayinə tədbirlərinə  start  verilib.  Aksiyanın  mütəşəkkilliklə başa çatdırılması  məqsədilə hələ əvvəldən xüsusi komissiya  yaradılıb, müayinə üçün ayrılmış məntəqələrdə  əsaslı  hazırlıq  tədbirləri  görülüb.

Hazırda  şəhərin  5  tibb  məntəqəsində  keçirilən və  400-dən artıq  həkimin  cəlb  olunduğu  sağlamlıq  aksiyasına  insanlar  böyük  maraq  göstərirlər.

Şəhər   səhiyyə  idarəsi  tərəfindən ərazi  poliklinikaları uyğun tibbi ləvazimat və yardımçı  vasitələrlə  təmin edilib.   Profilaktik  müayinə  zamanı   insanlara terapevt, cərrah-nevropataloq, göz həkimi  və  başqa  ixtisaslı  həkimlər   xidmət  göstərir,  rentgenoloq, flüoroqrafik  və tibbi   göstəriş üzrə müxtəlif  müayinələr, həmçinin  qadınlara mama-ginekoloji   baxışlar  keçirilir.

Tədbir  çərçivəsində  fevral  ayının  III  ongünlüyündə  Hacıkənd  qəsəbəsinin  və qəsəbədə  məskunlaşmış əsasən Xocalı  rayonundan olan məcburi köçkünlərin profilaktik  müayinələri  həyata  keçiriləcək.

Əhalinin ümumi  profilaktik  müayinələri  mayın 1-dək davam edecek.

H. QASIMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında