Stresdən azad olmaq üçün vaksinlər yaradılıb

Amerikalı alimlər stress əleyhinə vaksin yaradılması sahəsində əhəmiyyətli uğura imza atıblar. Bu barədə Londonun həftəlik "The Sunday Times" qəzeti məlumat verib. İnsanlığı psixoloji gərginlikdən və stresin dağıdıcı təsirindən qoruyan vaksinlərin tezliklə əczaxanalarda satışı gözlənilir.
Stresin biokimyəvi mexanizmi Kaliforniyanın Stenford Universitetinin neyrocərrahı professor Robert Spol tərəfindən araşdırılıb. R.Spol 30 il bundan öncə heyvanların davranışlarını müşahidə etmək məqsədilə Afrikada yaşayıb. Məlum olub ki, təhlükəli vəziyyət yarananda heyvanların orqanizmində xüsusi qlükokortikoid hormonları ifraz olunur. Bu hormonlar sürətlə beynin və bədənin fəaliyyətini qismən məhdudlaşdırır.
Ancaq bir çox insanlarda bu hormonların yüksəkliyi uzun müddət saxlanılır və ağırlaşmış stres vəziyyəti yaradır. Neyrocərrah Spol qeyd edir ki, uzun müddət orqanizmdə saxlanılan qlükokortikoid hormonları öz vacib vəzifələrini yerinə yetirdikdən sonra toksinlərə çevrilir, beynin toxumalarını və kapilyar damarları məhv edir və bədənin immunitet sistemini zədələyir. Kaliforniyalı alimlər belə hormonların genetik mexanizmini öyrəniblər. Araşdırmaçılar stresyaradıcı hormonların fəallaşmasının qarşısını almağa nail olublar. Vaksin genləri qorumaq və beynin zədələnməsinin qarşısını almaq üçün xüsusi maddə ifraz etməyə kömək edir.
Nəticədə qlükokortikoidin mənfi təsiri aradan qaldırılır. Təcrübə siçovullar üzərində aparılıb və müsbət nəticələr əldə olunub. Hazırda alimlər təcrübənin könüllülər üzərində sınaqdan keçirilməsinə hazırlaşırlar.

Şəlalə XUDAVERDİYEVA, Bakı Qızlar Universitetinin III kurs tələbəsi {nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında