“Azərbaycanda icbari tibbi sığortanın tətbiqi vaxtı çatmışdır”

 

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin vaxtı çatmışdır. “APA-Economics”in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirmişdir.

Onun sözlərinə görə, bununla bağlı müvafiq qanunvericilik bazası artıq yaradılmışdır: “Hesab edirəm ki, biz artıq o mərhələyə çatırıq ki, tibbi sığortanı gündəlik həyatımızda tətbiq etməyə başlaya bilərik”.

 Nazir bildirmişdir ki, son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın səhiyyə infrastrukturu yenilənmişdir: “Xəstəxanalar, poliklinikalar, ambulatoriya və s. obyektlərin maddi-texniki vəziyyəti köklü şəkildə dəyişmişdir. Əksər xəstəxanalar, əksər səhiyyə müəssisələrinin inzibati binaları yenidən qurulmuş və ya yenidən tikilmiş, onlar müasir avadanlıqla təchiz edilmişlər”.

 S.Şərifov qeyd etmişdir ki, Azərbaycandan həkimlərin xaricə təcrübə mübadiləsi üçün göndərilməsi, xaricdən Azərbaycana səhiyyə mütəxəssislərinin dəvət olunması tibb xidməti səviyyəsini yaxşılaşdırmışdır: “Bu sahədə müsbət irəliləyişləri artıq görürük. Müəyyən problemlər də var - onsuz olmur, amma hazırda biz bu sahəyə sığorta prinsiplərinin daha aktiv şəkildə tətbiq edilməsi prosesinə başlaya bilərik”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında