“Azərsun Holdinq”də qanvermə aksiyası keçirilib

 

“Azərsun Holdinq” şirkətlər qrupunda 7 - ci ildir ki, qanvermə aksiyası keçirilir. Budəfəki aksiyada şirkətlər qrupunun   beş yüzə yaxın əməkdaşı iştirak edib.

Aksiyada ilk qan verən holdinqin müşahidə şurasının sədri Abdolbari Goozal  olub. O, aksiyanın əhəmiyyətindən danışaraq bildirib ki,  artıq neçə illərdir ki, şirkətlər qrupunda  belə bir xeyirxah aksiya keçirilir  və bu xoşməramlı  missiya ənənyə çevriib. Belə bir xeyirxah addımın  digər şirkətlərə də örnək olduğunu vurğuladı.

Qeyd edək ki, “Azərsun Holdinq”də qanvermə zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Toplanan donor qanları Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib. Holdinq tərəfindən keçirilən qanvermə aksiyası şirkətlər qrupunun regionalarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq.

 Bu günə qədər “Azərsun Holdinq”in əməkdaşları tərəfindən 1000 litrdən artıq qan, Mərkəzi Qan Bankına hədiyyə edilib.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında