“Medikal Park” - Türkiyədə birinci, dünyada beşinci

“Medikal Park” xəstəxanalar şəbəkəsi 1995-ci ildən Türkiyədə fəaliyyət göstərir.

“Medikal Park” xəstəxanalar şəbəkəsi 1995-ci ildən Türkiyədə fəaliyyət göstərir. Bura 15 xəstəxana, 2 xəstəxana kompleksi, 2 tibb mərkəzi olmaqla, cəmi 19 xidmət mərkəzi, 9000 tibbi personal daxildir. Onu da əlavə edək ki, xəstəxanalar qrupu Türkiyənin müxtəlif bölgələrində xidmət göstərir.

Bu kompleksə daxil olan dünya şöhrətli sağlamlıq mərkəzi “Medikal Fateh” isə 1996-cı ildən fəaliyyətdədir. Yarandığı gündən tibbin bütün sahələri üzrə əhalinin xidmətindədir. “Medikal Park”ın “Sultanqazi” və “Medikal Bursa” xəstəxanaları da 1996-cı ildən fəaliyyət göstərir. “Hər kəs üçün sağlamlıq” şüarı, modern texnologiya, yüksək müayinə və müalicə həmin xəstəxanaların fərqləndirici cəhətləridir.

“Medikal Park”ın Bançelievlər, Tokat, Elazığ, Batman xəstəxanaları 2007-ci, Kan, Qaziantep, Göztəpə, Antaliya xəstəxanaları 2008-ci, Samsun, Ordu xəstəxanaları 2009-cu, “Medikal Uşaq Xəstəxanası” 2010-cu, “Medikal Tarsus”, Acarkent, Gevze, İzmir xəstəxanaları isə 2011-ci ildən fəaliyyət göstərir.

“Medikal Park” xəstəxanalar şəbəkəsinin dünyanın bir çox ölkələrində - Ukraynada, Rumınyada, Bolqarıstanda, Hollandiyada, Almaniyada, bütün türk respublikalarında, Orta və Qərbi Asiyada, Orta Şərqdə və İraqda nümayəndəliyi açılmışdır. Bu dünya şöhrətli sağlamlıq mərkəzinin Bakı nümayəndəliyi isə 2012-ci il noyabr ayının 1-də fəaliyyətə başlamışdır. Bakı nümayəndəliyinin əsas məqsədi və vəzifəsi Türkiyədə müayinə və müalicə üçün müraciət edən şəxslərin “Medikal Park” xəstəxanalar kompleksinə getmələrini təşkil etməkdən, 2 qardaş ölkə arasında sağlamlıq turizmini daha da inkişaf etdirməkdən ibarətdir.

Ünvan: Nigar Rəfibəyli, 12/14, AZ1001, Bakı, Azərbaycan Tel.: +99412 497 54 00 Faks: +99412 493 36 73 Çağrı mərkəzi: *5050 Mob.: 055-221-90-28            055-221-90-29


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında