Hazırda Azərbaycana müalicə almaq üçün xarici ölkələrdən gəlirlər

Bu gün Azərbaycan səhiyyəsinin həm maddi-texniki bazası, həm də kadr potensialı yüksəkdir. Hazırda Azərbaycana müalicə almaq üçün xarici ölkələrdən gəlirlər. Təbii ki, gələcəkdə ölkəmizin bu baxımdan daha böyük imkanları olacaqdır.
Bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirmişdir.
Rektor demişdir ki, son illər dünyada geniş yayılmış "xəstə turizmi" deyilən dəbə düşmüş proses var. Ona görə də, bir ölkədən digərinə müalicə üçün gedənlərin sayı çoxdur. Amma bu, o demək deyil ki, Azərbaycanda səhiyyə sahəsi inkişaf etməmişdir.
"Başqa ölkələrdə əməliyyat olunmuş xəstələrdə xarici mütəxəssislərin buraxdığı səhvləri tez-tez görürük. O qədər misal gətirə bilərəm ki, o səhvləri biz düzəldirik. Bu həkim sirri olduğu üçün açmaq istəmirik, amma xüsusilə qonşu ölkələrdə elə səhvlər edirlər ki, bu da insanın həyatı bahasına başa gəlir",- deyə akademik bildirmişdir.
Ə.Əmiraslanov qeyd etmişdir ki, bu məsələ ilə əlaqədar cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır. Çünki müəyyən qruplar var ki, müalicə olunmaq istəyən insanları xarici ölkələrə cəlb etmək üçün təbliğat aparırlar. Bu prosesdə böyük vəsait olduğuna görə belə təbliğat işləri də aparılır və bu xəstələrlə xaricə böyük məbləğdə valyuta gedir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında