Səhiyyə Nazirliyinin dəstəyi ilə "VNUS Endovenoz RF Ablasiya" kursu keçirilmişdir

Hazırda narahatlığına səbəb olan varikoz - damar genişlənməsi kimi xəstəliklər çox yayılıb. Ölkəmizdə damar xəstəliklərinin müayinəsi, müalicəsi və operativ müdaxiləsi ilə məşğul olan peşəkar və bacarıqlı həkimlər olsa da bu sahədə daha geniş təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsi aparmaq və biliklərini təcrübi olaraq paylaşmaq daha məqsədəuyğun hesab edilir. 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar xəstəlikləri mərkəzinin və "Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası" İB-nin birgə təşkilatçılığı ilə bu günlərdə "VNUS Endovenoz RF Ablasiya" elmi-praktik kursu keçirilmişdir. Kursun əsas mövzusunu varikoz xəstəliklərinin anatomiyası, diaqnostikası və müalicəsində əldə edilən son nailiyyətlər təşkil etmişdir.
Elmi-praktik kursda əməliyyat otağından canlı yayım vasitəsilə radiofrekans ablasiya üsulu ilə varikoz xəstəliklərin əməliyyatları tətbiq olunaraq bu cihazların ölkəmizin bütün damar cərrahları qarşısında nümayiş etdirilməsi də müzakirə olunmuşdur. Kursun tədrisinə rəhbərlik etmək üçün Türkiyənin bu sahədə aparıcı mütəxəssisləri olan Dr. İlhan Yurdakul və Dr. Mert Dumantepe Azərbaycana dəvət olunmuşdur. Peşəkar həkimlərin iştirak etdikləri kurs zamanı qardaş ölkənin təcrübəsi dinlənilmiş, tərəfləri maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Ölkəmizdə artıq bir sıra xəstəliklərin müayinə və müalicəsi ilə bağlı belə elmi-praktik kursların və toplantıların keçirilməsi ənənəvi hal almışdır. Qeyd etmək lazımdır ki, bu cür elmi toplantıların təşkil edilməsi ölkələrarası tibbi təcrübə və bilik mübadiləsinə xidmət etməklə yanaşı, günü-gündən inkişaf edən ölkəmizdə səhiyyə sahəsində yeni təcrübələrin əldə edilməsinə, əhalinin sağlamlığında, xəstəliklərin operativ müalicə olunmasında bu sahənin peşəkar həkimlərinə kömək edəcəkdir.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında