Avropanın böyük ali məktəblərindən birində azərbaycanşünaslıq kafedrası yaradılacaq

Avropanın ən qədim və böyük ali təhsil ocaqlarından biri olan İtaliyanın "La Sapienza" Universitetində azərbaycanşünaslıq kafedrası yaradılacaq. "Trend"in məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanovla İtaliyanın "La Sapienza" Universitetinin rektoru Luici Frati ilə görüşündə açıqlama verilmişdir.
Azərbaycan Dillər Universitetində italyanşünaslıq kafedrasının fəaliyyət göstərdiyini italiyalı rektorun diqqətinə çatdıran təhsil naziri Azərbaycanda italyan dilinə və mədəniyyətinə marağın olduğunu söyləyib.
Nazir "La Sapienza" Universitetində azərbaycanşünaslıq kafedrasının yaradılmasının inkişafa hərtərəfli dəstək göstərəcəyini bildirib.
Rektor məsafədən (distant) təhsil məsələsinə toxunaraq qeyd edib ki, əgər rəsmi saziş mövcud olarsa, azərbaycanlı gənclər İtaliyaya gəlmədən də internet vasitəsilə təhsil ala, eyni zamanda, doktorluq dərəcəsi və ixtisasartırma üzrə italiyalı həmkarları ilə birgə elmi araşdırmalar apara bilərlər. Bu universitetdə hazırda 4000 tədqiqatçının doktorluq dərəcəsi üzrə elmi araşdırmalar apardığı nəzərə çatdırılıb.
İtaliyanın təhsil naziri Françesko Profumo ilə görüşərkən M.Mərdanov deyib ki, "La Sapienza" Universitetində yaradılacaq azərbaycanşünaslıq kafedrası gələcəkdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin mərkəzinə çevrilə bilər. M.Mərdanov İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasının vacibliyini vurğulayıb, bunun üçün Azərbaycan hökuməti tərəfindən təqaüd ayrılmasının mümkünlüyünü qeyd edib.
Qeyd edək ki, Misir Mərdanov bu yaxınlarda İtaliyada səfərdə olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında