Arzu və xəyalların gerçəkləşdiyi ünvan

Körpə qığıltısını dünyanın ən gözəl musiqisi, ən təntənəli himni hesab etmiş mütəfəkkirlərdən biri. Yəqin ki, bu varlığın cazibə qüvvəsinin böyüklüyünü, həm də İlahi siqlətini hamı təsdiqləyər. Çox az adam tapılar ki, valideynlik hissini yaşamaqdan, onun sirrinə-sehrinə bələnmək və bu həzzi ömrünün sonunadək duymaqdan imtina etmiş olsun. Bəzən Tanrıdan bir övlad atası olunacağı günü gözləməyə bir ömür də bəs etmir. Bu dünyanı sonsuz kimi tərk etmək istəmir insan. 
Tanrı yaratmaq qüdrətini öz sevimli bəndələri ilə bölüşəndə bu missiyanı yerinə yetirən cütlüyün rolunu da çox həssaslıqla müəyyənləşdirib. Biri olmadan, digəri də yoxmuş kimidir. Bu cütlüklərin dünyyaya övlad gətirmək qisməti də bərabər deyil, kimisi üçün asan, kimisi üçün çətin, kimisi üçün də...
Kimisi üçün də arzu, istək, xəyal... Bakıda bu istək, arzu və xəyalların gerçəkləşdiyi bir ünvan var: Laçın klinikası. Qoy ad sizi çaşdırmasın.
Tibb elminin andrologiya sahəsi üzrə ixtisaslaşan həkimlərin çox uğurlu fəaliyyət göstərdiyi Laçın klinikasının kollektivi milli genofondumuzun sağlamlığı keşiyində dayanmağı qarşıya bir məqsəd kimi qoyub. Klinikanın rəhbəri Xuraman Muradovanın təbirincə desək, bu, həm də şəfa ocağında neçə illərin həsrətindən sonra dünyaya göz açan körpələrin simasında düşmən tapdağı altında inləyən torpaqlarımızı, o cümlədən Laçını yaşatmaq deməkdir.
Klinikanın işi ilə tanışlıq rəy və təkliflər kitabından başladı. Ünvanlar da müxtəlif, müəlliflər də. Eyni olan yalnız fikirlərdir. Böyük bir səadətə qovuşan insanların minnətdarlıq dolu ifadələri, rəy bildirənlərin sayıınn çoxluğu cəmi 2 il fəaliyyət göstərən bir kollektivin işi haqqında müəyyən təsəvvür yaradır. "Bu qədər gözəl tibb klinikalarının bolluğunda yeni bir tibb müəssisəsi yaratmaq risk deyildimi?" sualımıza klinikanın rəhbəri Xuraman Muradova belə cavab verdi: "Mən həmişə, indi də Tanrıma və bir də ətrafıma topladığım tibbi personalın gücünə arxalanmışam".
Xuraman Muradova Laçın Tibb Mərkəzinin digər klinikalardan fərqli cəhətlərindən danışarkən dedi: "Tibb aləmində belə bir fikir artıq çoxdan öz təsdiqini tapıb. Düzgün diaqnoz düzgün müalicə deməkdir. Klinikamızda müasir avadanlıqlardan geniş istifadə olunur. Müalicə zamanı dərman preparatlarına çox az yer verilir, əsasən aparatlarla müalicə aparılır. Bu aparatların bəziləri düzgün diaqnoz qoymaqda əvəzsizdir. Elə aparatlar var ki, gündəlik test etmədən müalicə seansına başlamır. Məsələn, əgər xəstəyə müayinə olunub müalicə kursu təyin edilibsə, seansa başlamazdan əvvəl test yoxlaması aparılır. Seanslararası müddətdə bu yenə təkrarlanır. Ola bilər ki, xəstədə seanslararası müddətdə hansısa xəstəliyin ilkin əlamətləri aşkar edilmiş olsun. Məsələn, o, stress keçirsə, soyuqlaya, yüngül qəza keçirə, hansısa vürusa yoluxa bilər ki, bu da müalicəinn gedişinə maneçilik törədir, istənilən nəticəni almaq mümkün olmur.
Bəzən dərman preparatları ilə müalicə zamanı orqanlarda müəyyən problemlər yaranır, yəni bir orqanı müalicə edərkən qəbul edilən dərmanlar başqa bir orqana əks təsir göstərir. Aparatlarla müalicə zamanı bu ehtimallar sıfra enir, xəstədə heç bir fəsad yaratmadan hər şey uğurla sona çatır.
Laçın Tibb Mərkəzi qısa müddətdə böyük uğurlar əldə edib. Mərkəz Amerika Birləşmiş Ştatlarının Androloqlar İttifaqının filialı kimi qəbul edilir. Bu yaxınlarda mərkəzin baş həkimi terapevt-androloq Behman Kazemi Zaqafqaziya dövlətləri arasında ilk dəfə həmin ittifaqın həqiqi üzvü seçilmişdir. O, əslən təbrizlidir, Amerika-Kanada təhsilli mətəxəssisdir, uzun müddət xarici klinikalarda təcrübə keçib, müxtəlif sertifikatlar alıb. Məsələn, Fransada endokrinologiya üzrə, ABŞ-da daxili xəstəliklər üzrə sertifikatlara layiq görülüb. Hazırda sonsuzluğun etimiologiyası üzrə elmi iş üzərində çalışır.
Kazemi bu gün Zaqafqaziya dövlətlərində andrologiya sahəsi üzrə yeganə klinika sayılan Laçın Tibb Mərkəzinin genişlənən beynəlxalq əlaqələrindən danışarkən dedi: "Biz tez-tez beynəlxalq toplantılarda oluruq. Bu, bizi tanımaq üçün ən yaxşı imkandır. Amerika Androloqlar İttifaqına həqiqi üzv seçilməyim də klinikamızın uğurudur. Onu da deyim ki, bu iş o qədər də asan başa gəlməyib. 700 nəfər iddiaçı arasında seçilmək, üçrəngli bayrağımız altında çıxış etmək, orada təmsil olunan ölkələrin bayraqları sırasında Azərbaycan bayrağını da dalğalandırmaq qürur doğuran bir hadisədir. İttifaq klinikanın fəaliyyətini, əldə olunan nəticələri dərindən təhlil etdikdən sonra onu həm də Azərbaycandakı filialı kimi təsdiqləyib. Təbii ki, bu, böyük etimad və məsuliyyətdir. Bizim mütəxəssislər tez-tez xarici ölkələrdə olur, daha da təkmilləşirlər".
Doktor Kazemi sonsuzluğun yaranma səbəbləri barədə danışarkən bunları söylədi: "Sonsuzluq müasir dövrümüzün bəlalarından biridir. Dünyanın hər yerində cinsi zəiflik və sonsuzluq bir problemə çevrilib. Bu problemin yaranma səbəbləri müxtəlifdir. Sonsuzluq genetik faktorl arla bağlı ola bilər. Dünya tibb elmi bu istiqamətdə hələ tam, qəti qənaətə gələ bilməyib. Əsasən isə infeksiyalarla bağlıdır. Orqanizm infeksiyaya yoluxduqda immunitet zəifləyir, əsəb sistemi pozulur, digər orqanların fəaliyyətində problem yaranır, nəticədə sonsuzluğa səbəb olur. İlk növbədə, həmin infeksiyaların törətdiyi fəsadlar aradan qaldırılmalıdır.
Terapevtik xəstəliklər də xoşbəxt cütlüklərin dağılmasına gətirib çıxaran sonsuzluğun yaranma ehtimalını artırır. İstənilən xəstəlik qarşısı alınmadıqda, sonadək müalicə olunmadıqda onun yaratdığı fəsadlar cinsi zəiflik və sonsuzluq riskini artırır. Klinikada mövcud olan 12 androloji aparat məhz düzgün diaqnoz qoyub müalicə aparmağa xidmət edir. Xaricdən gətirilmiş və əcnəbi mütəxəssislər tərəfindən quraşdırılmış bu aparatları işlədənlər isə yerli həkimlərdir. Məhz həmin aparatların köməyi ilə hüceyrə səviyyəsində diaqnostika aparılır, infeksiyaların mənbəyinə nüfuz edilir. Diaqnoz qoyulduqdan sonra aparatların köməyi ilə 20-21 seans ərzində müalicə aparılır.
Tam əminliklə deyə bilərəm ki, sonsuzluqla bağlı klinikaya müraciət edənlərin böyük əksəriyyəti burada şəfa tapır, ailələrə övlad bəxş olunur. Bundan savab və şərəfli iş yoxdur".

{nl}

H.BAXŞƏLİYEV, Azərbaycan Jurnalistlər Birliyinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında