Dünyanın ən tanınmış kardiocərrahları İstanbula toplaşır

İyunun 7-dən 10-a qədər dünya şöhrətli alim, professor Sir Maqdi Yakubun şərəfinə İstanbulda kardiologiya və ürək-damar cərrahiyyəsi üzrə elmi-praktik konfrans keçiriləcək. 
Konfransda kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislər elmin son yenilikləri ilə tanış olacaq, transplantasiya sahəsində əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Türkiyə Ürək Xəstəlikləri və Ürək-Damar Transplantasiyası Fondunun təşkilatçılığı ilə keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən tanınımış kardioloq və kardio-cərrahlar iştirak edəcəklər. Konfransın təşkilat komitəsinin üzvləri və əsas çıxışçıları kardiologiya və ürək-damar cərrahiyyəsinin dünya şöhrətli mütəxəssislər olacaq. Onların arasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi doktor Kamran Musayev də var.
Konfransa Çikaqo Universitetinin professoru, Maqdi Yakub Araşdırma İnstitutunun təsisçisi və rəhbəri professor Sir Maqdi Yakubla yanaşı, Miçiqan Universitetinin professoru Əsgər Xaqani, ABŞ-ın Mayo Klinikasının professoru Riçard Deyli, Nyukasl Universitetinin professoru Con Dark, Monako Ürək-Damar Mərkəzinin professoru Cills Dreyfus, Barselona Universitetinin ürək-damar cərrahiyyəsi mütəxəssisi Karlos Mestres, Qahirə Universitetinin professoru Əl Sayid Kamal Akl, Praqa Transplantasiya Mərkəzinin rəhbəri Yaroslav Spatenka, Roma Bio-tibbi Mərkəzinin professoru Françesko Musumeçi, Suriyanın Əl Bassel Ürək İnstitutunun direktoru Məcid Otman və ürək-damar cərrahiyyəsi və ürək transplantasiyası sahəsində dünyanın bir çox digər məşhur mütəxəssisləri də qatılacaqlar.

{nl}

Səadət RZAYEVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında