Bakıda Azərbaycan-Türkiyə Təcili Tibbi Yardım Simpoziumu keçirilir Aprelin 13-də Bakıda Azərbaycan-Türkiyə Təcili Tibbi Yardım Simpoziumu açılmışdır.

ATU-nun Tədris-Terapevtik Klinikasında keçirilən simpoziumun açılış mərasimində Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir. Azərbaycan Tibb Universiteti (ATU) və Türkiyənin Acıl Tip Uzmanlığı Dərnəyinin (ATUDER) birgə təşkil etdikləri simpoziumda səhiyyənin müxtəlif sahələri üzrə hər iki ölkənin tanınmış mütəxəssisləri iştirak edirlər.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək bildirmişdir ki, Türkiyə və digər Avropa ölkələri ilə birgə səhiyyənin vacib sahələrinə həsr olunmuş tədbirlərin keçirilməsi artıq ənənə halını almışdır. Söz yox ki, təcili tibbi yardım da vacib sahədir. Bu xidmətləri düzgün təşkil edə bilməsək, hər hansı bir müalicənin səmərəsi olmayacaqdır. Son illər təcili tibbi yardım xidmətləri dünyada sürətlə inkişaf edir və bu sahədə qardaş Türkiyənin qabaqcıl təcrübəsi vardır.
Simpoziumun gənc mütəxəssislər üçün əhəmiyyətini qeyd edən rektor demişdir ki, rezidenturanı bitirənlər bu sahədə təcrübə keçmək üçün Türkiyənin universitetlərinə göndəriləcəklər.
Məruzələrin əksəriyyətinin təcrübi sahələrə həsr olunduğunu bildirən Ə.Əmiraslanov vurğulamışdır ki, burada əsasən təcili tibbi yardımla bağlı ən son nailiyyətlər müzakirə olunacaqdır. Sevindirici hal odur ki, panel iclaslarının rəhbərləri arasında ATU-nun mütəxəssisləri də vardır.
Ölüm hallarının və əlilliyin qarşısının alınması baxımından təcili tibbi yardımın elm sahəsinə çevrildiyini deyən ATUDER-in rəhbəri, professor Başar Cander simpoziumun Bakıda keçirilməsindən məmnunluğunu bildirmişdir.
Türkiyədə təcili tibbi yardım xidmətlərinin keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verən B.Cander, həmçinin rəhbərlik etdiyi dərnəyin gördüyü işlər barədə də söhbət açmışdır.
ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev və başqa çıxış edənlər də təcili tibbi yardım xidmətlərinin səviyyəsinin artırılması baxımından tədbirin əhəmiyyətini vurğulamışlar.
Çıxışlardan sonra müxtəlif panellərdə məruzələr dinlənilmiş və zəhərlənmələr, zədələnmələr, kəskin tənəffüs çatışmazlığı və s. xəstəliklərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Simpozium aprelin 14-dək davam edəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında