MDB məkanında ilk dəfə Azərbaycanda iki canlı donordan xəstəyə qaraciyər və böyrək köçürülmüşdür

Qaraciyər transplantasiya əməliyyatları 2008-ci ildən Səhiyyə Nazirliyinin tabeliyində olan Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) icra olunur. Azərbaycanda transplantologiyanın tarixi yeni deyildir. Hələ 1971-ci ildə ilk dəfə akademik Mirməmməd Cavadzadə tərəfindən Respublika Uroloji Klinik Xəstəxanasında böyrək transplantasiyası keçirilmişdir.
Bu sözləri aprelin 10-da keçirilən mətbuat konfransında MNX-nin baş həkimi Həbib Yüzbaşıyev demişdir.
Baş həkim bildirmişdir ki, xəstəxanada indiyədək 18 böyrək və 20 qaraciyər transplantasiyalarının icra olunması bunun məntiqi nəticəsidir.
Azərbaycan cərrahiyyəsində yeni bir səhifənin açıldığını deyən H.Yüzbaşıyev diqqətə çatdırmışdır ki, xəstəxanadakı son unikal əməliyyat MDB məkanında ilk dəfə Azərbaycanda keçirilmişdir. Belə ki, aprelin 4-də iki canlı donordan xəstəyə eyni vaxtda qaraciyər və böyrək köçürülmüşdür.
Həkimlər Mircəlal Kazımi, Eldar Əhmədov, Elnur Fərəcovun keçirdikləri əməliyyat 24 saat davam etmişdir.
Qeyd olunmuşdur ki, xəstəxanadakı Qaraciyər Transplantasiya Mərkəzi Avropa Qaraciyər Transplantasiyası Reyestrində fəal qaraciyər köçürülməsini icra edən mərkəz kimi qeyd olunmuşdur.
Tədbirdən sonra media nümayəndələri üzərində əməliyyat aparılmış xəstəyə baş çəkmişlər. Hazırda xəstənin vəziyyəti yaxşıdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında