Azərbaycanlı həkim Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətinin həqiqi üzvü seçilmişdir

Azərbaycanın aparıcı səhiyyə müəssisəsinin - Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətinin (The Society of Thoracic Surgeons) həqiqi üzvü seçilmişdir.
AzərTAc-ın əldə etdiyi məlumata görə, mərkəzi ofisi ABŞ-ın Çikaqo şəhərində yerləşən bu cəmiyyət Birləşmiş Ştatların ən nüfuzlu səhiyyə təşkilatıdır. Hazırda bu qurum dünyanın ən mötəbər və nüfuzlu ürək cərrahiyyəsi cəmiyyətidir. Təşkilata üzvlərin qəbulu ABŞ mütəxəssisləri tərəfindən aparılan ciddi araşdırmalar və üzvlüyə namizədin tibbi, elmi və sosial fəaliyyəti nəzərə alınaraq həyata keçirilir. Bu baxımdan üzvlüyə qəbula bağlı tələblər çox ciddi və yüksəkdir.
Ümumiyyətlə, Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətində MDB ölkələrindən həqiqi üzvlərin sayı olduqca məhduddur. Fərəhləndirici məqam ondan ibarətdir ki, bu təşkilatda artıq Azərbaycan da təmsil olunur. Səhiyyəmizin aparıcı mütəxəssislərindən biri olan doktor Kamran Musayev Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətinə həqiqi üzv qəbul edilən ilk azərbaycanlıdır. Azərbaycan səhiyyəsinə növbəti uğuru qazandıran Kamran Musayev bu mötəbər təşkilatın üzvlüyünü təsdiq edən xüsusi diplomla təltif olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında