Nadir texnologiya hər kəsə gözünün rəngini dəyişməyə imkan verəcək

Əgər siz nə vaxtsa gözünüzün rəngini dəyişməyi arzu etmisinizsə, yaxın zamanlarda bu, reallığa çevrilə bilər. "Stroma Medical" təşkilatının kaliforniyalı həkimi Qreqq Homer cəmi 20 dəqiqə ərzində insan gözünün rəngini həmişəlik dəyişən üsul kəşf etdiyini bəyan etmişdir. Bu barədə Trend "The Daily Mail" qəzetinə istinadən xəbər verir.
Bu texnologiya "Lumineyes" adlandırılır. Onun əsasını qəhvəyi gözü mavi gözə çevirməyə köklənmiş xüsusi lazer təşkil edir. Lazerin enerjisi gözün əlvan təbəqəsindən qəhvəyi piqmenti (melanini) götürür və nəticədə sonrakı 2-3 həftə ərzində göz mavi rəngə çevrilməyə başlayır. Ancaq qəhvəyi toxumanı bərpa etmək mümkün olmadığından prosedur birdəfəlik effekt yaradır. Yəni, qəhvəyi rəngi bir daha bərpa etmək mümkün olmur.
Doktor Homerin hesablamalarına görə, belə prosedur təxminən 47 min dollara başa gələcək. Hazırda artıq gözünün rəngini dəyişməyi arzu edən yüzlərlə şəxs mütəxəssislə əlaqə saxlayıb. Məlumdur ki, dünyada qəhvəyi rəngli göz üstünlük təşkil edir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 2008-ci ildə Kopenhagen Universitetinin əməkdaşları müəyyən ediblər ki, bütün mavi gözə sahib olan adamlar 6-10 min il əvvəl yaşamış və müvafiq genetik mutasiyaya uğramış bir əcdaddan törəyiblər. Buna qədər isə hamı yalnız qəhvəyi gözlərə malik olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında