Oftalmoloqların xeyriyyə tədbiri

Sumqayıt kimyaçıları görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın müntəzəm surətdə gənclik şəhərinə gələrək burada fəaliyyət göstərən peşə xəstəlikləri institutunda, həmçinin ayrı-ayrı müəssisələrdə fəhlələri təmənnasız müayinə və müalicə etməsini, gözlərə şəfa və şəfqət nuru paylamasını həmişə minnətdarlıqla xatırlayırlar. Hazırda mərhum akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzinin kollektivi də xeyirxah ənənəni layiqincə yaşadır, vaxtaşırı bölgələrə çıxaraq xeyriyyə müayinələri keçirir, görmə ilə bağlı problemləri olan soydaşlarımıza dəyərli məsləhətlər verirlər.
Oftalmoloqların növbəti aksiyaları ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyi müşahidə şurasının sədri, millət vəkili Muxtar Babayevin təşəbbüsü ilə onun deputat seçildiyi 43 saylı Sumqayıt seçki dairəsinin əhatə etdiyi ərazilərin sakinləri üçün təşkil edilir. İki həftə öncə ödənişsiz göz müayinələrindən şəhərin 9-cu mikrorayonunun sakinləri keçmişdilər. Bu dəfə isə 10-cu mikrorayonun sakinləri belə bir imkan qazanıblar.
Ərazidə yaşayan yüzdən yuxarı sakin gün ərzində aksiyanın təşkil edildiyi "Kimyaçı" mədəniyyət sarayına gələrək ən müasir tibb avadanlığı vasitəsilə çox tez və rahat müayinə olunub. Milli Oftalmologiya Mərkəzinin həkimləri Gülnarə Orucova və Kəmalə Xəlilova müayinə üçün müraciət edən xəstələrin göz təzyiqini, mirvari suyu və digər fəsadların olub-olmadığını dəqiqliklə yoxlayıb lazımi tövsiyələr veriblər.
Göz müayinəsindən keçən sakinlər onlara bu şəraiti yaradan mərkəzin oftalmoloqlarına və Milli Məclisin deputatı M. Babayevə minnətdarlıqlarını bildiriblər.
Analoji aksiyaların Sumqayıtın digər mikrorayonlarında da keçirilməsi nəzərdə tutulur.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında