Kürdəmirin Xəlsə kəndində həkim məntəqəsi üçün yeni bina istifadəyə verilmişdir

Kürdəmir rayonunun ucqar yaşayış məntəqələrindən olan Xəlsə kəndində həkim məntəqəsi üçün yeni bina istifadəyə verilmişdir. Bu səhiyyə ocağı daha 9 kəndin 6854 sakininə tibbi xidmət göstərəcəkdir.
Bu münasibətlə keçirilən mərasimdə mərkəzi rayon xəstəxanasının baş həkimi Zahid Əhmədov son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirmişdir ki, rayonun Topalhəsənli, Muradxan və Qarasaqqal kəndlərində həkim məntəqələri, Şahbəyli, Şüşün kəndlərində tibb məntəqələri, Karrar kənd xəstəxanası üçün 4 otaqdan ibarət doğum şöbəsi, regional təcili və təxirəsalınmaz tibbi yardım məntəqəsi, mərkəzi rayon xəstəxanasının 250 müayinə yerlik ikimərtəbəli poliklinika şöbəsi tikilib istifadəyə verilmiş, tibb müəssisələri, xüsusilə poliklinika ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Son illərdə rayona 8 təcili tibbi yardım maşını verilmişdir. Xəstələrin müayinəsi zamanı dəqiq diaqnozun təyin edilməsi məqsədilə müasir tibbi avadanlıqlar, o cümlədən 4 ultrasəslə müayinə aparatı, bir 3 kanallı rentgen aparatı, doğum şöbəsi üçün süni tənəffüs aparatı da daxil olmaqla reanimasiya dəsti alınmışdır.
Kənd sakinləri Hacı Şəmşir Cəbiyev, Firuzə Mustafayeva, Xəlsə həkim məntəqəsinin müdiri Mikayıl Cəfərov bölgələrdə sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov bu gün kənddə həkim məntəqəsinin açılmasının əlamətdar bir dövrə təsadüf etdiyini dilə gətirmiş və demişdir ki, Azərbaycan xalqı, o cümlədən kürdəmirlilər ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88 illiyini qeyd etməyə hazırlaşırlar. Ucqar bir kənddə belə yeni tibb ocağının açılması, əhalinin sağlamlığının mühafizəsi məhz ulu öndərimizin hazırladığı sosial siyasət strategiyasının tərkib hissələrindən biri idi. Bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda sosial-iqtisadi sahələrdə qazanılan böyük uğurlar, regionlarda yeni infrastruktur dəyişiklikləri hər kəsin gözü qarşısında baş verir. Bu davamlı və sürətli inkişaf vətənini sevən hər bir azərbaycanlıda yüksək qürur hissi doğurur. Təsadüfü deyildir ki, bu gün bütün kürdəmirlilər ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək vətənimizin daha da çiçəklənməsi naminə bundan sonra da var qüvvə ilə çalışacaqlar.
Tibb məntəqəsinin yeni binasının açılışı münasibətilə sakinləri təbrik edən icra başçısı burada çalışacaq həkim və tibb işçilərinə uğurlar arzulamışdır.
Axırda açılışı bildirən qırmızı lent kəsilmiş, qonaqlar burada yaradılmış şəraitlə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında