Zaqatalada qanvermə aksiyası keçirilib

Son vaxtlar rayon Mərkəzi Xəstəxanasında xeyli iş görülüb, çoxsaylı tibbi tədbirlər həyata keçirilib. Onlardan biri də hematoloji xəstəliklərin müalicəsi üçün atılan addımların müasirləşdirilməsidir. Bu günlərdə rayonda ana və uşaqlara səhiyyə xidmətini gücləndirmək məqsədilə hematoloji mərkəz açılıb. Mərkəz müasir tibbi avadanlıqlarla təchiz olunub. Əvvəllər köhnə, primitiv 35 kvadratmetrlik bir yerdə fəaliyyət göstərən qadın məsləhətxanası tam təmir ediərək, 180 kvadratmetrlik sahəyə köçürülüb, müasir avadanlıqlarla təmin olunub. Təcili yardım xidmətini gücləndirmək məqsədilə 1 ədəd "Mersedes" reanimobil avtomobili gətirilib. Bütün tibb işçiləri və sürücülər xüsusi geyimlərlə təmin edilib.
Rayonda keçirilən qanvermə aksiyasına xeyli zaqatalalı gəlib. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zülfüqar Mahmudovla söhbət zamanı bildirdi ki, bugünkü "qan ver - xilas et" xeyriyyə aksiyası Azərbaycan Respublikası "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı "na uyğun olaraq həyata keçirilir. Aksiya Zaqatala Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hemotologiya və Transfiziologiya İnstitutu və Rayon Mərkəzi Xəstəxanasının birgə köməkliyi və təşkilatçılığı ilə reallaşır. Xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiyalı, hemofiliyalı xəstələrin müalicəsi və təxirəsalınmaz tibbi xidmətin, eləcə də transfizioloji yardımın gücləndirilməsindən ibarətdir. Xeyli zaqatalalı təbdirdə iştirak etmiş, 200-ə yaxın insan qan vermişdir. Aksiyanın keçirilməsində və təşkilində yaxından köməklik göstərdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Zaqatala Rayon İcra Hakimiyyətinə, Hemotologiya və Transfiziologiya İnstitutunun əməkdaşlarına, rayon əhalisinə səhiyyə işçiləri adından öz minnətdarlığını bildirən baş həkim gələcəkdə də bu qəbildən olan tədbirlərin davam etdiriləcəyini söylədi.

{nl}

İlqar HƏSƏHOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında