Şamaxıda Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir

Aprelin 28-də Şamaxı Şəhər Mərkəzi Xəstəxanasında Azərbaycanın görkəmli oftalmoloq-alimi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümü ilə bağlı geniş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən xəstəxananın baş həkimi, tibb elmləri namizədi Adil Mustafayev bildirmişdir ki, Zərifə xanım tibb elmi, xüsusən müxtəlif göz xəstəliklərinin müalicəsi problemləri sahəsində keçmiş SSRİ miqyasında kifayət qədər şöhrət qazanmış, özünün elmi nailiyyətləri ilə bütün ittifaqda tanınmışdır.
Akademik Zərifə Əliyevanın həyatı və geniş elmi-ictimai fəaliyyəti haqqında məlumat verən baş həkim bildirdi ki, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış, gənclik illərindən həyatını xalqımızın ümummilli lideri Heydər Əliyevlə bağlamış Zərifə xanımın həyatı həmişə müasir Azərbaycan qadını üçün örnək olmuş və gələcək nəsillər üçün örnək olaraq qalacaqdır. Zərifə Əliyeva, eyni zamanda, elm sahəsində, xüsusən tibbi sahədə çalışan qadınlarımız üçün də əsl nümunə olmuşdur.
Görkəmli alimin tibbi və ictimai fəaliyyəti, eləcə də insani keyfiyyətləri haqqında geniş məruzə ilə çıxış edən xəstəxananın doğum şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının qadınlar birliyinin sədri Nəzakət Abdulrazaqova qeyd etmişdir ki, Zərifə Əliyeva orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Ailədə yüksək humanist bir mühitdə tərbiyə almış Zərifə xanım öz xalqına vicdanla və təmənnasız xidməti həyatının mənası hesab etmiş, həmişə insanlara xeyirxahlıqla yanaşmış, insanların sağlamlığı üçün bütün varlığı ilə mübarizə aparmışdır. O, həmişə başqalarının problemlərini şəxsi məsələsi kimi qəbul edər, insana kömək əli uzatmaqdan həzz alardı.
Məruzəçi əlavə etdi ki, Zərifə Əliyeva fədakar həyat yoldaşı, gözəl ana kimi də xalqımız tərəfindən sevilir. O, yüksək milli dəyərlər ruhunda tərbiyə olunmuş övladlar böyüdüb.
Xəstəxananın poliklinika şöbəsinin müdiri Mübariz Ağayev bildirdi ki, Zərifə xanımın və Heydər Əliyevin birgə tərbiyə etdikləri, hazırda Azərbaycan Respublikasının Prezidenti kimi xalqımızın böyük etimadını qazanmış İlham Əliyev özünün çoxşaxəli fəaliyyətində tibb sahəsinin inkişafına xüsusi önəm verir. Məhz dövlət başçımızın birbaşa nəzarəti altında Azərbaycanın bütün regionlarında yeni-yeni tibb ocaqları tikilib istifadəyə verilir, köhnələri təmir və bərpa edilir, səhiyyə müəssisələri ən müasir tibb avadanlıqları ilə təchiz edilir. Bütün bunlar, şübhəsiz ki, xalqımızın sağlam və xoşbəxt yaşaması üçün edilir. Elə Şamaxının özündə də səhiyyə və insanların sağlamlığı məsələsinə böyük diqqət yetirilir. Bu da Prezident İlham Əliyevin daimi diqqəti və qayğısı sayəsində mümkün olur. Təsadüfi deyildir ki, 2008-ci ildə Mərkəzi Xəstəxananın, keçən il Şamaxı şəhər poliklinikasının binaları əsaslı təmir olunub, yeni tibbi avadanlıqlarla təchiz edilib. 2009-cu ildə yoluxucu xəstəliklər şöbəsi üçün yeni bina tikilib və oraya müasir avadanlıqlar yerləşdirilib. 2009-cu il noyabrın 26-da Prezident İlham Əliyevin rayona səfəri zamanı Diaqnostika Mərkəzi istifadəyə verilib.
Qeyd edək ki, həmçinin YAP Şamaxı rayon təşkilatında və Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında