Qubada tibb işçiləri üçün təlimlər keçirilib

BMT-nın Əhali Fondu tərəfindən strateji araşdırmalar, strateji siyasətin işlənib hazırlanması və fövqəladə hallara qarşı hazırlıq sahələrində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) ilə əməkdaşlıq çərçivəsində “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi həyata keçirilir.

Layihənin icrası ilə əlaqədar Quba Mərkəzi Rayon Xəstəxanasında humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə MİXP-nin  əlaqələndirilməsi və tətbiqi üzrə təlimlər təşkil olunub. Təlimlər İSİM-in mütəxəssisləri Səbinə Babazadə və Teymur Hüseynov, eləcə də ETMGİ-nun mütəxəssisləri Leyla Məmmədova və Gülnarə Rzayeva tərəfindən aparılıb. Quba, Xaçmaz, Qusar, Siyəzən və Şabran Mərkəzi Rayon Xəstəxanalarının tabeliyində olan tibb müəssisələrinin müalicə işi üzrə müavinləri, mama-ginekoloqlar, o cümlədən təcili və təxirəsalınmaz tibbi stansiyalarının baş həkimləri təlimlərdə iştirak ediblər.

Təlimin ilk günündə  tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə simulyasiya keçirilib və “zərərçəkmiş” hamilə qadınlara ilkin yardım olunub. İkinci gün isə, göstərilən tibbi yardımlar ətrafında fikir mübadiləsi aparılıb və tibb işçilərinə müvafiq metodiki tövsiyələr verilib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında