Almaniyada azərbaycanlı gənc təbiblərin "Mükəmməl təbabətə doğru" mövzusunda I forumu başa çatmışdır

Xəbər verdiyimiz kimi, aprelin 9-10-da Almaniyada azərbaycanlı gənc təbiblərin "Mükəmməl təbabətə doğru" mövzusunda I forumu keçirilmişdir.
Forumun ilk gününün növbəti tədbiri Mannheym şəhərinin gözəl parklarından birində təşkil edilmiş Azərbaycan gecəsi olmuşdur. Gecədə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Mannheym Universitet Klinikasının direktoru professor S.Post, Milli Məclisin deputatı Ceyhun Osmanlı, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Vaqif Seyidbəyli, digər azərbaycanlı və alman qonaqlar iştirak etmişlər.
Tədbir boyunca qonaqlar Azərbaycan haqqında filmi izləmiş, ölkəmizin milli şirniyyatlarından dadmış və milli musiqimizin sədaları altında rəqs etmişlər. Gecənin sonuna yaxın təşkilatçılar Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun (ASAİF) rəhbəri Orxan Əkbərov və tibb elmləri doktoru Vüqar Yaqublu səfir P.Şahbazova və professor S.Posta ASAİF adından xatirə lövhələri təqdim etmişlər.
Aprelin 10-da forumun ikinci günündə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov "Klinik protokolların Azərbaycan səhiyyəsində tətbiqi", "Deutsche Gesellschaft für klinisches Prozessmanagement"in direktoru, professor Matthias Süarzbax isə "Klinik protokolların Almaniyada tibbi xidmətin səviyyəsinə təsiri" mövzularında təqdimatla çıxış etmişlər. BMVD-nin nümayəndəsi Dominik Ouart təqdimatında Almaniyada tibb sahəsində təhsillə bağlı məqamlara aydınlıq gətirmiş, sualları cavablandırmışdır.
Sonra forum öz işini "Tİbb təhsili", "Tibbi tədqiqatlar" və "Davamlı tibb təhsili" mövzularında bölmə iclaslarında davam etdirmişdir.
Daha sonra forum iştirakçıları təşkilatçılar tərəfindən hazırlanmış şəhər gəzintisinə qatılmışlar.
Bununla da Almaniyada azərbaycanlı gənc təbiblərin "Mükəmməl təbabətə doğru" mövzusunda I forumu öz işini başa çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında