“Sağlam baxış, sağlam cəmiyyət” açıq qapı günü

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya  Mərkəzi (MOM) "Əkinçi" qəzetinin nəşrə başladığı gün -- 22 iyul Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar “Sağlam baxış, sağlam cəmiyyət” adlı açıq qapı günü keçirib.

MOM-un rəhbərliyi və kollektivi bir neçə gün əvvəl media nümayəndələrini iyulun 20-də saat 10-dan—15-dək  göz müayinəsindən keçməyə dəvət etmişdi. Əlavə olaraq bildirmişdilər ki, Bakı və Gəncə filialında baş tutacaq aksiyada bütün media işçiləri iştirak edə bilərlər.

Qeyd edək ki, MOM  səyyar klinika vasitəsilə şəhər və rayonlarda keçirdiyi aksiyalarla yanaşı, mərkəz daxilində də ardıcıl olaraq göz müayinəsi tədbirləri təşkil edilir.

Milli Oftalmologiya Mərkəzinin həkim briqadasının  Bakı və Gəncə filialında təşkil etdiyi  “Sağlam baxış, sağlam cəmiyyət” açıq qapı günü uğurla başa çatdı. Qeyd edək ki, tədbir Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, professor Elmar Qasımovun təşəbbüsü ilə keçirilib.

MOM-un elmi məlumat və təşkilati metodik bölməsinin rəhbəri Yazgül Abdıyeva  bildirdi ki, aksiya çərçivəsində tədbirimizdə müxtəlif qəzet, sayt, televiziyalardan 50 nəfərə yaxın media təmsilçisi iştirak etdi. Məqsədimiz jurnalistlərə bu əziz günlərində (müayinə və müalicə etməklə) dəstək olmaq idi. Onlar bizi cəmiyyətə tanıdır, fəaliyyətimizi işıqlandırırlar. Onlara hər zaman sağlam baxışlı--yəni obyektiv olmağı arzu edirik.

Tədbirdə iştirak edən media  nümayəndələrinin hər biri müxtəlif  göz müayinəsindən keçib. Mərkəzin yüksək ixtisaslı həkim briqadası xəstəlikləri aşkar olunan jurnalistlərə müalicə və eynəklər təyin edib, öz tövsiyələrini veriblər. Cərrahiyyə əməliyyatına ehtiyacı olan bir nəfər isə elə həmin gün əməliyyat olunub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında