İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı keçid planı hazırlanır

İcbari tibbi sığortanın 2019-cu ildən etibarən bütün ölkəyə tətbiqi ilə əlaqədar hazırlıq işlərinin sürətləndirilməsi və keçid dövründə rast gəlinə biləcək maneələrin öncədən proqnozlaşdırılaraq aradan qaldırılması məqsədilə fəaliyyət planının tərtibinə dəstək üçün məsləhətçi şirkət cəlb edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, bu məqsədlə, Azərbaycan Prezidentinin 19 iyul 2018-ci il tarixli sərəncamına əsasən vəsait ayrılıb.

Sərəncamın icrası üçün məsləhətçi şirkət qismində “McKinsey & Company” şirkəti seçilib. Məqsəd əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi, səhiyyə sisteminin effektivliyinin artırılması üçün islahatların aparılması, bu sahəyə ayrılan vəsaitlərin səmərəli istifadəsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Səhiyyə Nazirliyi ilə birgə keçid planının və yol xəritəsinin hazırlanmasıdır.

Beynəlxalq miqyasda tanınan və böyük nüfuza malik olan şirkət dünyanın 60 ölkəsində fəaliyyət göstərməkdədir, son 5 ildə səhiyyə sahəsində 2000-dən çox layihənin reallaşmasında iştirak edib. Şirkətin əsas fəaliyyət istiqamətləri sosial islahatların aparılması üçün strateji plan və maliyyə modellərinin hazırlanmasıdır. 

“McKinsey & Company” şirkəti Agentliyin icbari tibbi sığortanın pilot layihəsi müddətində topladığı təcrübəsindən yararlanaraq sistemin ölkə üzrə keçidinin inkişaf mərhələləri əks olunmuş strateji yol xəritəsinin hazırlanmasında iştirak edəcək. Şirkətin əsas dəstəyi icbari tibbi sığortaya ölkə üzrə keçid zamanı yaranacaq məsələlərin həlli yollarının təklif edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə səhiyyə infrastrukturunda islahatların aparılması, habelə dayanıqlı sistemin yaradılmasına, tibb müəssisələrinin effektiv idarəçiliyinə, maliyyə vəsaitlərinin toplanması və xərclənməsində səmərəliliyin artırılmasına dair məsləhətlərin verilməsidir.

Strateji yol xəritəsinə əsasən səhiyyə sahəsində islahatların aparılması, səhiyyə xərclərinin hesablanması, əhalinin səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması və 2019-cu ildən ölkədə icbari tibbi sığortanın geniş tətbiqinə rahat keçid təmin ediləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında