Gözlərinizin müayinəsinə tələsin

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya  Mərkəzi (MOM) "Əkinçi" qəzetinin nəşrə başladığı gün -- 22 iyul Milli Mətbuat və Jurnalistika günü ilə əlaqədar 20 iyul 2018-ci il tarixində “Sağlam baxış, sağlam cəmiyyət” adlı açıq qapı günü keçirəcək.

MOM-un rəhbərliyi və kollektivi  Milli Mətbuat və Jurnalistika günü münasibətilə media nümayəndələrini təbrik edir və onları  bu münasibətlə iyulun 20-də saat 10:00--15:00-a qədər mərkəzə,  göz müayinəsindən keçməyə dəvət edir. Bakı və Gəncə filialında baş tutacaq aksiyada bütün media işçiləri iştirak edə bilər.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına MOM-un səyyar klinikasının şəhər və rayonlarda keçirdiyi aksiyalar ilə yanaşı mərkəz daxilində də göz müayinəsi aksiyaları təşkil olunur.

Müayinəyə gəlmək istəyənlərə ünvanı xatırladırıq:  Bakı şəhəri, 6-cı mikrorayon, Cavadxan küçəsi, 32/15 və Gəncə şəhəri, Pərviz Səmədov küçəsi

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında