Qanvermə aksiyası yüksək səviyyədə keçirildi

Ölkə rəhbərliyi tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə daim xüsusi dövlət qayğısı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  donorçuluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanmış və müvafiq qanunlar qüvvəyə minmişdir. Qəbələ RİH-dən verilən xəbərə görə bu məqsədlə Azərbaycan Respublikasının birinici xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKONUN və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Azərbaycanda   “Talassemiyasız həyat naminə” proqramı layihəsi çərçivəsində iyunun 22-də Qəbələ Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirildi. Saat 10-da başlayan aksiyada rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak etmiş, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulmuşdur. Qanvermə prosesi zamanı Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək sağlam olub-olmamalarını müəyyənləşdirmişlər. Müayinə olunan 371 könüllüdən 210 nəfər qan vermişdir. Yığılmış qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirmiş, belə aksiyalarda yaxından iştirak etməyi vətəndaşlıq borcu kimi qiymətləndirmişlər.

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında