Neonatologiya üzrə 1-ci Beynəlxalq İntensiv Təlim Kursu keçirilib

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, “Neonatologiya üzrə Azərbaycan--Türkiyə 1-ci Beynəlxalq İntensiv Təlim Kursu” keçirilib. Kurslarda ölkənin 50 aparıcı neonatoloqu üştirak edib.

    Kurs yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, neonatal dövrdə ölüm və xəstələnmə hallarının qarşısının alınması, bu xidmətdə çalışan tibb işçilərinin peşə bacarıqları və biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi və digər məsələlərin həyata keçirilməsi məqsədi ilə təşkil olunub.

   Kurslar Səhiyyə Nazirliyinin Baş pediatrı, professor Nəsib Quliyev, Baş neonatoloq Rüstəm Hüseynov və Türk Pediatri Kurumunun başkanı, Avropa Pediatriya Cəmiyyətinin baş katibi, professor Mehmet Vural, Türk Neonatoloji Derneğinin başkanı professor Esin Koç, İstanbul Mədəniyyət Universitetinin vitse-prezidenti və uşaq sağlığı ve xəstəlikləri Ana bilim dalının professoru Hüsnü Fahri Ovalı və Ankara Universitetinin uşaq sağlığı ve xəstəlikləri Ana bilim dalının professoru Omer Erdeve tərəfindən aparılıb.

   Kursda yenidoğulanlarda invaziv və qeyri-invaziv ventilyasiya, neonatal dövrdə respirator distres sindrom, neonatal sepsis, nekrozlaşan enterokolit, çox az çəkili və ekstremal çəkili yenidoğulmuşlara qayğı, habelə yenidoğulanlarda ensefalopatiya və qıcolmalar, böyrək çatışmazlığı, mürəkkəb ürək qüsurları, yenidoğulmuşların cərrahi müdaxilələrə hazırlanması və postoperativ dövrdə göstərilən qayğı və digər aktual məsələlər müzakirə edilib, iştirakçılara praktik bilik və bacarıqlar aşılanıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında