Qida borusu törəmələrinin müalicəsində yeni üsullar tətbiq olunur

   Qida Borusu (ezofagus) törəmələrinin müalicəsində tətbiq olunan əməliyyatlar cərrahiyyənin ən həcmli və riskli müdaxilələri hesab olunur. Postoperativ dönəmin ağır keçməsi və ölümcül fəsadların əsas səbəbi bu əməliyyatların həm qarın boşluğu, həm də döş qəfəsində aparılması və buna bağlı ciddi əməliyyat travmasıdır. Bu ənənəvi üsulları tətbiq edən mərkəzlərdə əməliyyatdan sonrakı ağırlaşma və ölüm faizləri bu günlərdə də yüksək qalmağa davam edir.

    Lakin dünyanın qabaqcıl tibb mərkəzlərində bu əməliyyatların laparoskopik üsulu tədqiq edilmiş və son on ildə uğurla tətbiq edilməyə başlamışdır. Bu müasir əməliyyat növünün ənənəvi üsullardan fərqi – minimal travma və ağrının az olması, daha qısa yataq müddəti və ən əsası ağırlaşma və ölüm faizlərinin ciddi şəkildə azalmasıdır.

     Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) Qida Borusunun Laparoskopik əməliyyatları iki cərrahi komanda tərəfindən həyata keçirilir -- ümumi cərrahiyyə uzmanı İlqar İsmailov və döş qəfəsi uzmanı Elmar Məmmədov. Endoskopik icra edilən Ezofajektomi əməliyyatların sayı artıq 40-ı ötüb və nəticələr digər qabaqcıl mərkəzlərlə eynidir.

    Ötən həftə Respublika Müalicəvi Diaqnostika Mərkəzində üç xəstəyə Total Laparoskopik--Torakoskopik Ezofajektomi əməliyyatının uğurla icra edilməsi ölkə səhiyyəsinin böyük bir uğurudur.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında