Ailə həkimi institutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu

"Ailə həkimi institutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda tələbə və rezidentlərlə görüş keçirilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun ailə təbabəti kafedrasının müdiri Mustafa Salihovun sözlərinə görə, səhiyyədə ailə həkimi institutunun rolunun gücləndirilməsinə və bu məqsədlə müvafiq qanunun qəbul edilməsinə ehtiyac var. O bildirib ki, ATU gələn ildən etibarən ailə həkimi ixtisası üzrə rezidentlərin təhsil almasını təmin edəcək. Rezidenturanı bitirənlər "ailə həkimi" ixtisasına yiyələnəcəklər.

Kafedra müdiri 2002-ci ildə ATU-da poliklinik terapiya kafedrasının bazasında ailə təbabəti kafedrası yaradıldığını diqqətə çatdırıb.

Daha sonra Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova ailə həkiminin fəaliyyət istiqamətləri, işinin təşkili və vəzifələri barədə görüş iştirakçılarına geniş məlumat verib. O, ailə həkiminin ilkin səhiyyə xidmətinin göstərilməsindəki rolundan bəhs edərək, gələcəkdə bu sahə üzrə kadrlara böyük ehtiyac duyulacağını qeyd edib.

Görüşdə İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Səhiyyə departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova çıxış edərək, iştirakçılara icbari tibbi sığorta sistemi çərçivəsində ailə həkimi institutunun inkişafının vacibliyini bildirib, tələbələri bu sahənin gələcək perspektivləri və beynəlxalq təcrübəsi haqqında məlumatlandırıb

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında