Retinoloqların konfransı keçirilib

Akademik Zərifə Əliyeva adna Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Retinoloqlarının 3-cü konfransı keçirilib. Konfransın məqsədi vitreoretinal cərrahiyədə baş verən yenilikləri araşdırmaq, bununla bağlı təkliflər verməkdən ibarətdir.

 Konfransda mərkəzin həkim heyəti ilə yanaşı xarici ölkələrdən olan həkimlər də iştirak ediblər. Konfransda “Vitreoretinal cərrahiyyədə yeniliklər”, “Vitreoretinal cərrahiyyədən sonra yaranan ikincili qlaukoma”,  “Arxa seqmentin travmaları” və s. mövzular ətrafında məruzələr dinlənilib və məruzələrdəki məsələlər müzakirə edilib. Göz dibi ilə məşgul olan həkimlər oftalmoloq- retinoloq adlanır.

Qeyd edək ki, ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirlən konfranslarda əsas niyyət oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı və digərləri ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında