Əhalinin növbəti tibbi profilaktik müayinələri başa çatıb

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi profilaktik müayinəsi ilə bağlı işlər uğurla aparılıb.

Səhiyyə nazirinin müavini Nigar Əliyevanın “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” imzaladığı sərəncama əsasən 2018-ci ilin fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb. Tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 638 min 115 nəfər yararlanıb. Onlardan 3540384 kişi, 3742875 qadındır. Müraciət edənlərin 338013 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.

Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 50 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb. Ən aşağı göstərici isə infeksion xəstəliklər üzrə müşahidə olunub, cəmi 8015 insanda bu cür hallar üzə çıxıb.

Müayinələr zamanı 27663 nəfər hospitalizə olunub, 58563 şəxs dispanser nəzarətinə alınıb, 1810880 nəfər əlavə müayinələrə cəlb olunub.

Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 166 min 277 nəfər sağlamlaşdırılıb.

Əhalinin tibbi profilaktik müayinəsi ilə bağlı təbirlər gələcəkdə də davam etdiriləcək .

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında