Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndiriliblər

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə işlərini davam etdirir. Bu layihə çərçivəsində Respublika Prezidenti yanında Bilik Fondu ilə birgə 86 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir ki, İSİM-in mütəxəssisi Nərmin Əliyeva “Ətraf mühitin insan sağlamlığına təsiri” mövzusunda geniş təqdimatla çıxış edərək, insanların təsərrüfat fəaliyyəti ilə əlaqədar ətraf mühitə verdiyi zərərlərdən söz açıb.

 Ətraf mühitin çirklənməsinin sağlamlığa ciddi ziyan vurduğunu bildirən N.Əliyeva bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb.

 Şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağıran natiq tütün məmulatlarından istifadənin, eləcə də ikincili tütünçəkmənin atmosferə və uşaqların hələ tam formalaşmamış orqanizminə göstərdiyi mənfi təsirlərdən danışıb. İnsanın sağlam olması üçün təmiz və təhlükəsiz ətraf mühitin əsas amil olduğunu vurğulayan N.Əliyeva şagirdlərə ətraf mühiti qorumaq üçün lazımi tövsiyələr verib.

Tədbirin sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb, iştirakçılara İSİM-in hazırladığı maarifləndirici materiallar paylanılıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında